Ramazan ayında gündəlik ediləcək dualar.
Birinci
günün duası-İlahi, bugünkü orucumu həqiqi oruc tutanların oruclarından
et! Məni qəflətdə olanların qəflət yuxusundan oyat və bağışla!
İkinci
günün duası- İlahi, bu gündə məni Öz qəzəbindən uzaq et! Quranı
oxumağa, dərk etməyə və buyruqlarını yerinə yetirməyə müvəffəq et!
Üçüncü
günün duası- İlahi, bu gündə mənə aydınlıq ver, boş danışıqlardan qoru.
Hər bir xeyirdən mənə də nəsib et, ey ehsan edənlərin ən yaxşısı!
Dördüncü
günün duası- İlahi, bu gündə göstərişlərini icra etmək üçün mənə güc
ver! Sənə şükür etməyi mənə ilham et və eyiblərimi aradan götür!
Beşinci günün duası- İlahi, bu gündə məni bağışlanmaq istəyənlərdən və saleh şəxslərdən et!Ey rəhm edənlərin ən rəhimlisi!
Altıncı
günün duası- İlahi, bu gündə məni günah etdiyimə görə rüsvay etmə,
cəzalandırma. Mənə qəzəbinə səbəb olan şeylərdən uzaq et!
Yeddinci
günün duası- İlahi, bu günün orucunu tutub, ibadətlərimi yerinə
yetirməkdə mənə kömək et. Bol ruzi nəsib et və yolumu azmağa qoyma!
Səkkizinci
günün duası- İlahi, bu gün yetimlərə rəhm, ehtiyaclılara yardım etməyi,
salam verməyi, yaxşı insanlara yoldaş olmağı mənə nəsib et!
Doqquzuncu
günün duası- İlahi, bu gündə etdiyim səhvlərə görə məni bağışla və
rəhmətini məndən əsirgəmə. Məni gözəl işlər görməyə sövq et!
Onuncu günün duası- İlahi, bu gündə məni sənə təvəkkül edənlərdən, Səndən heç vaxt ümidini kəsməyənlərdən et. Qəlbimi rahat et!
On birinci günün duası- İlahi, bu gündə yaxşılıq etməyi mənə sevdir, pis işlərə qarşı nifrət yarat. Qəzəbini məndən uzaq et!
On
ikinci günün duası- İlahi, bu gündə məni şükür edənlərdən, ədalətli və
insaflı et və qorxduğum hər şeydən qoru! Ey gözəl Allahım!
On
üçüncü günün duası- İlahi, bu gün məni bütün çirkinliklərdən təmizlə.
İnsanlara olan qorxumu yox et. Sənə olan qorxumu isə gücləndir!
On
dördüncü günün duası- İlahi, bu gün xətalarıma görə məni cəzalandırma.
Valideynlərimə qarşı mərhəmətli et, bəlalara düçar etmə!
On beşinci günün duası- İlahi, bu gün məni kinli olmaqdan, kiminsə qeybətini etməkdən çəkindir! Ey böyük kərəm sahibi!
On
altıncı günün duası- İlahi, bu gün məni yaxşı insanlarla əhatə et,
pislərdən isə qoru! Mərhəmətini əsirgəmə, Cənnəti mənə nəsib et!
On yeddinci günün duası- İlahi, bu gün məni söyüş söyməkdən, qəlb qırmaqdan, yalandan uzaq et. Bütün günümü xeyir işlərlə bəzə!
On
səkkizinci günün duası- İlahi, məni bu gündə səhərin bərəkəti üçün
oyat. Bütün bədən üzvlərimə, əzalarıma Sənə itaət etməyi əmr et!
On
doqquzuncu günün duası- İlahi, bu gün mənə bərəkət yetir, oruc tutmaq
üçün güc, səbir, sağlamlıq bəxş et. Məni haqq yoluna yönəlt!
İyirminci günün duası- İlahi, bu gün Cənnət qapılarını üzümə aç. Məni qonşularıma, qohumlarıma qarşı mehriban, güzəştə gedən et!
İyirmi birinci günün duası- İlahi, bu gün məni düz yola yönəlt. Şeytanın mənə hakim olmasını qoyma! Məni Cəhənnəm odundan qoru!
İyirmi
ikinci günün duası- İlahi, bu gün üzümə xeyirli qapıları aç! Evimi,
işimi bərəkətli et! Xəstəlikləri, əzablı ölümü qismətimə yazma!
İyirmi
üçüncü günün duası- İlahi, bu gün məni günahdan təmizlə, qəlbimi Allah
qorxusu ilə saflaşdır. Ey Qadir Allah, məni günahdan uzaq et!
İyirmi
dördüncü günün duası- İlahi, bu gün canımı sağ et. Elə et ki, nəfsimə
tabe olmayıb güclü olub Sənin dediklərinlə oturub-durum!
İyirmi
beşinci günün duası- İlahi, bu gün məni Həzrət Məhəmmədin sünnətinə
əməl edənlərdən et. Buyruqlarını sevgilə etməyi nəsib et!
İyirmi altıncı günün duası- İlahi, bu gün savab əməllərimi mükafatlandır, günahlarımı bağışla və bütün eyiblərimi pərdələ!
İyirmi
yeddinci günün duası- İlahi, bu gün bilərək və bilmədən etdiyim
günahlarımı bağışla, çətinliklərimi asanlaşdır. Mənə uzun ömür ver!
İyirmi
səkkizinci günün duası- İlahi, bu gün xeyir işlərimi artır, bütün
dualarımı eşit. Ailəmi, sevdiklərimi qoru, məni onlardan ayırma!
İyirmi
doqquzuncu günün duası- İlahi, bu gün şəxsi həyatımı, işimi uğurlu et.
Elə et ki, ən kiçik günah gözümdə böyük görsənsin və günah etdikdə
dərhal tövbə edib Sənə qayıdım!
Otuzuncu
günün duası- İlahi, tutduğum oruclarımı qəbul et. Dilimdən, əlimdən
pislik gəlibsə, məni bağışla. Ramazan boyu dilədiyim arzularımı çin et!
Həmd olsun Allaha!
|