Primadonna, meqa-star İlhamə Quliyeva - birinci titulunun ona verildiyini desə də, ikinci adını özü-özünə verib.
Şamplena Aygün Kazımova - götürdüyü bu ləqəbi ilə bənzərsiz olduğunu sübut etməyə çalışıb.
100%
F.A, Qızıl Şlyager Faiq Ağayev - əslində hamı onun 100% Faiq Ağayev
olduğunu bilir, amma ikinci titulunu o, 1996-cı ildə Mogilyovda
iştirakçısı olduğu müsabiqənin adı ilə bağlayır.
Ulduzə
xanım Röya - səhnəmizin ulduzları çox olduğundan Röya bu sözün
sonluğuna “ə” hərfi artıraraq, səsi kimi ləqəbinin də ürəyəyatımlı
olmasını istəyib. Onu da vurğulayaq ki, Röya bu ləqəbini həmişə eyhamla
və gülərəkdən ifadə edir...
Göyçək Fatimə – bu rəqqasə xanım ləqəbi ilə göyçək olduğunu isbat etmək istəyir.
Hacı İzzət Bağırov - Həcc ziyarətində olduğu üçün bu titulla çağırılır.
El qızı Mətanət İsgəndərli - bu adın ona xaricdə yaşayan həmvətənlərimiz tərəfindən verildiyini deyir.
Faytonçu Nazim – sözləriRafael Dadaşova aid olan “Faytonçu” mahnısını oxuduqdan sonra bu adla çağırılmağa başlanıb.
Pişik Günel – klipində pişik obrazında olduğu üçün adından öncə bu heyvanın*heyvan* adı çəkilir.
Toylar
kralı Səməd Səmədov – dediyinə görə, ona bu adı İlhamə Quliyeva verib,
toy idarə etmə bacarığına görə. Onu da qeyd edək ki, bu ad şou-biznesdə
ən qalmaqallı titul sayılır. Belə ki, Cavanşir Məmmədov və başqa
müğənnilər bu titulun məhz onlara məxsus olduğu iddiasındadır.
Əjdaha Nadir – Nadir Qafarzadə bununla çox güclü olduğunu sübut etmək istəyir.
Xallı qız Firəngiz Mütəllimova – sevimli aktrisamız efirə təzə çıxan vaxtlarında xalq tərəfindən çox vaxt belə çağırılarmış.
Maestro Ceyhun – özünü sənətinin ustası, yəni “maestro”su sayır. Necə də “sadəlövh”dür?
Şuşalı qızı Xuraman – təxəllüsündən də məlum olduğu kimi doğulduğu məkanla reklam olunmağa çalışır (artıq buna nail olub).
Yaylıqlı
qız Tünzalə – efirə təzə çıxanda rəngbərəng yaylıqları ilə özünəməxsus
imic yaradan Tünzalənin adını unudanlar bəzən onu “yaylıqlı qız” deyə
çağırırlar.
Gürcü qızı Manana – bu titulla ona sanki Azərbaycanda yad olduğunu və yerini bilməsini xatırladırlar.
Elit-star Cəmilə – oxuduğu restoranlardan birinin adını özünə ləqəb götürüb.
İki
qız anası Rəqsanə – bu, şou-biznesdəki ən təzə ləqəblərdəndir. Əvvəllər
Rəqsanəyə xarici görünüşünə görə müxtəlif adlar verilirdi. Sağ olsun
müasir tibb!
Yeni ulduz İlhamə – iştirak etdiyi müsabiqənin adı ilə bağlıdır.
Xalq ulduzu Eldəniz – o da iştirakçısı və qalibi olduğu müsabiqənin adı ilə titullanıb.
Bu
siyahını artıra bilərdik, ancaq... Nə isə? Əsas odur ki, insana özü
yox, kənardan ad verilsin, amma layiqlisindən. Təki, şou-biznesimizdə
layiqli ləqəblərin sayı çox olsun.