Главная » 2008 » OKTYABR » 21 » Azerbaycanli xaker Turkiyede 5milyon dollar "atib".
Azerbaycanli xaker Turkiyede 5milyon dollar "atib".
11:38
Azerbaycanli xaker Turkiyede 5milyon dollar "atib".
Türkiyədə azərbaycanlı hüquqşünas Nicat Kərimovun başçılıq etdiyi cinayətkar qruplaşma zərərsizləşdirilib. “Nejo” ləqəbli Kərimovdan başqa, xorvat əsilli iki Türkiyə vətəndaşı tərəfindən idarə olunan bu qrup İnternetdə hakerlik edərək 7 milyon Yeni Türk Lirəsi (5 milyon dollardan artıq) vəsaiti mənimsəyiblər. qaynar.info-nun yazdığına görə, onlar müxtəlif İnternet saytlara kompüter viruslarına yoluxdurulmuş fayl və ya yönləmə linklərini yollayaraq potensial qurbanlarının şəxsiyyət vəsiqələri, pasportları, bank hesablarının nömrələri və s. məlumatları əldə ediblər. Bu minvalla milyonlarla ünvana şirnikləndirici məktublar yollanıb. Daha sonra həmin şəxslərin adlarına saxta bank kredit kartları hazırlanıb və bankomatlardan pullar çıxarılıb. Polis hakerlərin izinə onlarla vətəndaş və təşkilatın bank hesablarındakı pullrarın çox müəmmalı şəkildə yoxa çıxmalarından şikayətlənməyə başlamasından sonra düşüb. İstanbul Əmniyyət Müdirliyindən verilən məlumata görə, N.Kərimovun rəhbərlik etdiyi haker dəstəsi İsveçrənin UBS və “Sredit Suisse” banklarının İnternetdəki rəsmi saytlarının surətlərini yaradıblar. Sonra isə onlar müxtəlif şəxslərə elektron poçtla məktublar yollayaraq bildiriblər ki, guya həmin banklar güzəştli kredit kampaniyası keçirir. Aldananlar arasında Yunanıstan vətəndaşı, “Afos” şirkətinin sahibi də var. O, 200 milyon məbləğində güzəştli kredit almaq üçün fırıldaqçıların hesablarına 2 milyon dollar keçirib. Bir müddət keçir, yunan iş adamı gözlədiyi krediti almadıqda aldadıldığını anlayır və İsveçrə bankına müraciət edir. Daha sonra UBS bankına Vyetnam, Malayziya, Pakistan və Polşa vətəndaşlarından şikayətlər daxil olur: onlar hamısı kredit istəyirdilər. Kərimovun dəstəsini türk iş adamı Sərkan Çağların vasitəsilə yaxalamaq mümkün olub. O, hakerlərin yaratdıqları İnternet saytına müraciət edərək 70 milyon dollar məbləğində kredit istəyib. Hakerlər ondan “sığorta ödənişi” qismində 1,4 milyon tələb ediblər. Özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərin tələblərindən şübhələnən Çağlar UBS-ə müraciət edib və məlum olub ki, bankın “kredit əməliyyatı”ndan xəbəri yoxmuş. Bundan sonra işə polis qarışıb və S.Çağlardan tələb olunan məbləği ödəmək üçün fırıldaqçılarla görüş təyin etməsini istəyirlər. N.Kərimovun dəstəsinin İstanbuldakı “Ceylan” hotelində S. Çağlarla görüşünə polis gedir və hakerləri həbs edir. N.Kərimovun haker qruplaşmasının işi ilə bağlı 68 nəfər həbs olunub.