xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 21 » Duzsuz mezesiz letifeler
    Duzsuz mezesiz letifeler
    19:15
    Bir birinden gozel Letifeler
     
     
     
     
    41. Müəllim-müəllimə deyir:
    -Mənim sinfim savadsız uşaqlarda doludur. Teoremi izah edirəm başa düşmürlər. İkinci dəfə izah etdim, yenə də başa düşmürlər. Üçüncü dəfə izah etdim, mən başa düşdüm, amma onlar başa düşmədilər.

    42. Sən haçan ikini düzəldəcəksən?
    -Ata, mən neyləyim, jurnal müəllimlər otağındadır.

    43. Sən niyə görə çantanı məktəbdə qoymusan?
    -Bəyəm onu da gündəliklə birliktə tullamaq lazım idi?

    44. Müəllim Əlidən soruşur:
    - Böyüyəndə nə olmaq istəyirsən?
    - Əlbəttə ki, memar. Özümə küncü olmayan ev tikəcəm.
    - Niyə görə küncü olmayan?
    - Bezdirib məni bu künclər!..

    45. Abituriyent imtahandan gəlir. Valideynləri sevincək halda onun üzərinə atılırlar:
    - Hə, necə keçdi?
    - Heç, imtahan götüən dindarın biri idi. Mən hər dəfə cavab verəndə deyirdi: - Aman allah!!!

    46. Əgər sən şalvarının sağ cibindən altı min, sol cibindən dörd min pul tapsan ....
    -Deməli, mən başqasının şalvarını geymişəm.

    47. Ana oğlundan soruşur:
    -Nəsə mən sənin gündəliyini görmürəm.
    -Gündəliyimi Həsən götürüb, valideynlərini qorxudmaq üçün.

    48. Professor imtahan vaxtı tələbədən soruşur:
    - Yer nə formadadı?
    - Kürə formasında.
    - Necə sübut etmək olar?
    - Mən məcbur eləmirəm ki, olsun kub şəklində.

    49. Uşaq evə gəlib valideynlərinə deyir:
    -Bilmirəm nə ilə mənim müəllimimin xoşuna gəlmisiz o, sizi bir daha görmək istəyir.

    50. Molla bazarda bir dəstə adama rast gəlir.Baxır ki, ortalığa yağ-bal qoyub, çox iştah ilə yeyirlər. Yaxınlaşıb deyir:
    -Salaməleyküm, ay paxıl görməmişlər!...
    Adamlardan biri deyir:
    -Molla bu nə sözdür? Biz paxıl deyilik. Çox səxavətli, çox da gözü-könlü tox adamlarıq.
    Molla tez yağ-balı öz qabağına çəkib,başlayır yeməyə ki:
    -Görürsən, ay Allah, mən nə böyük səhv eləmişəm. Bunlar doğurdan da səxavətli adamlar imişlər. Keç mənim günahımdan.

    51. Günün birində Molla evə gəlib baxır ki, içəridə oğru var. Oğru Molladan qorxur, Molla oğrudan. Bir müddət ikisi də donub qalır. Handan hana oğru özünə gəlib qaçmaq istəyir. Molla çar-naçar atılır oğrunun üstünə. O bunu yıxır, bu onu yıxır, axırda Molla oğrunu üstələyir, ayaqlarını bağlayır, uzadır evin ortasına. Özü də gedir hakimin yanına ki, xəbər versin, gəlib onu tutsunlar.
    Hakim Mollanı ətraflı danışdırıb əhvalatı öyrənəndən sonra soruşur:
    -Bəs indi oğrunun yanında kim var?
    Molla deyir:
    -Heç kim.
    Hakim soruşur:
    -Yaxşı, sən deyirsən ki,onun ancaq ayaqlarını bağlamısan, yanında da heç kəs yoxdur, əlləri də açıqdır. Ayaqlarını açıb qaçar ki....
    Molla fikrə gedir. Görür ki, hakim haqlıdır. Deyir:
    -Hakim ağa, sən tamam haqlısan. Ancaq bu ki, mənim ağlıma gəlməyib, heç onun da ağlına gəlməyəcək. O da bizim yerlidir.
    Doğrudan da gedib görürlər ki, ayaqlarını açıb qaçmaq oğrunun ağlına gəlməyib.

    52. Sən içirsən???
    - Əgər bu sualdırsa onda yox, əgər bu təklifdirsə hə.

    53. Əgər sizə uzun müddət zəng etmirlərsə.
    Deməli dostlarınızın heç bir problemi yoxdur.

    54. İki zənci, bir azərbaycanlı balıq tutmağa gedirlər. Bunların qabağına qızıl balıq çıxır. Qızıl balıq bunlara deyir ki, məni tutmayın sizin arzularınızı yerinə yetirim. Onlar razılaşırlar. Zəncinin biri deyir ki, məni ağ elə. Balıq eləyir. İkinci zənci deyir ki, mənim də dərim ağ olsun. Onu da ağardır. Növbə gəlir azərbaycanlıya. Balıq deyir ki, sən nə istəyirsən? Azərbaycanlı deyir: iksini də qaralt.

    55. Ata ölüm ayağında ikən övladlarını çağırıb deyir:
    - Süpürgəni açın.
    Açdılar.
    - Çöplərini sındırın.
    Sındırdılar.
    - İndi isə yenidən bağlayıb sındırmağa cəhd edin!
    Sındırdılar.
    - Lənət sizə, mən sizə ağıllı bir şey demək istəyirdim, amma ağlıma bir şey gəlmədi.

    56. Beynəlxalq sərgi zamanı ispaniyalı bir kişi və isveçli bir qadın mehmanxanada qonçu otaqlarda yaşayırlar. Axşam ispan əlində bir şüşə şərabla isveçlinin qapısını döyür:
    - Kimdi?
    - Xuan Karlos Emanuel da Silva.
    - Girin, amma bir-bir.

    57. Deyirlər hindlərdə iki cür qəbirsanlıq olur:
    Birində yaxşı adamları basdırırlar, o birində ölən adamları.

    58. İki fransız rastlaşır:
    - Jan, xəbəriniz var?
    - Nədən?
    - Sizin arvadınız məni kiminləsə dəyişmək istəyir!..

    59. Bir balıqçı qızıl balıq tutur. Qızıl balıq deyir:
    - Məni burax sənin 3 arzunu yerinə yetirəcəm.
    - Mən səndən bircə şey istəyəcəm. Mənim bütün arzularımı yerinə yetir.

    60. Nə hədiyyə etsəm yaxşı olar: bir dənə böyük, yoxsa çoxlu kiçik?
    - Çoxlu kiçik
    - Onda, mən sənə çoxlu semiçka hədiyyə edəcəm.

    61. Müstəntiq arvadını boğan adamı məhkəmədə dindirir.
    Qatil:
    - Allah rəhmət eləsin.

    62. Qapı döyülür. Cərrahın altı yaşlı qızı qapını açır.
    - Salam, həkim evdədir?
    - Yox, o əməliyyat etməyə gedib. Kiminsə appendisitini kəsmək lazım idi.
    - Oooy, belə ağır sözlər danışma. Sən bilirsən appendisit kəsmək nə deməkdir???
    - Əlbəttə ki, həmin gecə evə 1000 dollar gətirmək?

    63. Daim ölməyən bir nəfər ?Kamaz?ın altına atır özünü, sonra elektrik naqillərindən sallanır, sonra özünü binanın başından atır?.bir sözlə əylənir.

    64. Sizin qohumunuzu tok öldürüb!
    - Bu necə baş verdi?
    - Akkumlyator başına düşdü...

    65. Yeni üzərində Amerika bayrağı olan xalça buraxılıb. Bir nəfər bunu alır və evdə öz evinə vurur:
    - Amerikanı plintusun altına sal.

    66. Bir nəfər televiziya kanalına məktub yazır:
    ?Sizdən xahiş edirəm. Xəbərlər vaxtı ekranın altında heç bir reklam yazısı yazmayın. Arvadım elə bilir karaokedir?

    67. Həmişə Metronun ağzında durub dilənən Həsənqulunun yerində başqasını görən Məmmədəli soruşur:
    - Bura Həsənqulunun yeri idi, sən niyə oturmusan?
    - İcarəyə götürmüşəm.

    68. Əgər meşədə pianino görsəniz, deməli orda inteligent partizan yaşayır...

    69. Elan:
    Diqqət ?Çoxlu pul qazanmağın 1000 sadə üsulu? kitabının çapı üçün sponsor axtarılır.

    70. Cavan vəkil atasının yanına gəlir:
    - Ataa, məni təbrik et. Sənin neçə il uda bilmədiyin məhkəməni uddum.
    - Axmaq, mən ömrüm boyu həmin məhkəmini uduzmaqla dolanırdım.

    71. Kupedə iki yəhudi gedir. Qoca fikirləşir: "Görəsən mənim qonşum hara gedir? Yəhudi ya Odessaya, ya da Jmerinkaya gedə bilər. O Odessaya gedə bilməz, çünki çox cavandır. Deməli, gedir Jmerinkaya. Jmerinkaya ya yasa, ya da ki, toya getmək olar. Bildiyimə görə Jmerinkada hələ heç kəs ölməyib. Deməli, o toya gedir. Onun hədiyyəsi yoxdur, deməli, o öz toyuna gedir. Jmerinkada ya Sofayla, ya da Sarayla evlənmək olar. Bildiyimə görə Sara artıq ərə gedib. Sofayla yalnız axmaq evlənə bilər!" Qoca gənc qonşusuna müraciət edir:
    - Bağışlayın, siz Rabinoviçin oğlu deyilsiniz?
    - Bəli, siz necə tapdınız?
    - Mən tapmadım, mən hesabladım!

    72. İki nəfər bayram məclisindən çıxıb evə gedir. Bunlar qərara gəlirlər ki, məzə üçün qəbirsanlıqdan keçsinlər. Belə də edirlər. Amma qəribə tıqqıltı səsi gəlir və qorxurlar. Birdən onlar çəkic və iskənə ilə işləyən qoca qarı görürlər. Ona yaxınlaşıb deyirlər:
    - Siz burda nə edirsiz. Az qalsın qorxudan öləcəkdik. Gecə vaxtı burda iş görürsünüz?!!
    Qarı qışqıraraq:
    - Bu axmaqlar mənim adımı səhv yazıblar baş daşında. Onu düzəldirəm bayaqdan!

    73. İki dost restoranda otururlar. Yeyib içməkdən sonra, ofisiantdan çay gətirməsini xahiş edir:
    - Ofisiant, bizə çay gətirin. Amma sən allah bax gör stəkan təmiz olsun.
    Bir neçə dəqiqədən sonra ofisiant çay gətirir:
    - Buyurun bu sizin çayınız. Kim təmiz stəkanda çay istəmişdi, bu da onun çayı.

    74. Bir kişi restorana gəlir, konyak sifariş edir. Ofisiant gətirir. Kişi deyir:
    - İndi başlayacaq.
    İkinci dəfə sifariş edir.
    Ofisiant gətirir kişi deyir:
    - İndi başlayacaq...
    Üçüncünü sifariş edir. Ofisiant gətirir. Ofisiant soruşur:
    - Sizin pulunuz var??
    - Başladı....

    75. Ofisian, mən 3 dənə yumurta istərdim.
    - Kim istəməz ki?

    76. Ofisiant müştəriyə yaxınlaşır:
    - Siz içirsiniz?
    - Yox mən sükan arxasındayam.
    5 dəqiqədən sonra ofisiant əlində badə ilə araq həmin müştəriyə yaxınlaşır:
    - Siz artıq içə bilərsiniz, sizin maşınınızı oğurladılar.

    77. MDB dövlətlərinin gömrük işçilərində BMW almaq üçün nə qədər işləməli olduqları barədə soruşurlar:
    Gürcü gömrükçüsü cavab verir:
    - Beş-altı ay.
    Ukraina:
    - İki-üç ay.
    Rus:
    - İl yarım
    - ???
    - Bilisiniz, yaman böyük şirkətdir...

    78. Nyuton elmi işlə məşğul olarkən dostları gəlirdilər və ona mane olurdular.
    Nyuton qapının dalına yazır ki, ?Nyuton evdə yoxdur?. Bunu görən dostları geri qayıdarmışlar.
    Bir gün Nyuton özü evə gələndə bu yazını görüb geri qayıdır.

    79. Eynşteyn Haim Veysmanla gəmidə gedirlərmiş. Bunlardan başqa gəmidə digər tanınmış adamlar da var idi. Veysman bu barədə yazır:
    ?Eynşteyn hər gün mənə öz qanunlarından danışırdı, mən ABŞ-a gələndə bildim ki, o bunların hamısını başa düşür.?

    80. Hüseyn Arif bir dəstə cavanla yol gedirmiş. Birdən dayanıb təəccüblə soruşur:
    Ay uşaqlar, mən niyə axsayıram?
    - Hüseyn müəllim, ayağınızın biri səkidə, o biri asfaltdadır. Aşağı düşsəniz axsamazsınız.

    81. Hüsen Arif dostlarından biri ilə görüşür və hal-əhval tutur.
    -Hə nə var, nə yox, atan necədir?
    -Çox sağ ol, indi yaxşıdı. Yaman xəstələnmişdi. Qan təzyiqi , ürək bir-birinə qarışmışdı. Həkim güclə qurtardı.
    Dostu gözləyir ki, Hüseyn ona ürək-dirək verəcək. Amma qəribə "təskinlik" eşidir.
    - Mənim başım yaman qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər ver.

    82. Hansı iki söz bizim institutda yayılmışdır?
    -Mən bilmirəm ...
    -Doğru deyirsən

    83. Müəllim: Qulağ as, mən sənə üçüncü dəfədir ki, üç verirəm. Belə olmaz, niyə görə oxumursan? Oxumaqdan hələ heç kəs ölməyib.
    Tələbə: Bilirəm, amma risk etmək istəmirəm.

    84. Əgər dekan sözlərini geri götürməsə, mən bu universitetdən gedəcəyəm.
    -O, sənə nə dedi ki?
    -O, dedi ki: ?Çıx ged institutdan?

    85. Ac tələbələr mehmanxanada arzulayırlar:
    -İndi burda ət olsaydı ...
    -Bəlkə donuz saxlayaq?
    -Nə danışırsan, çirk, iy, üfunət ...
    -Eybi yox, öyrəşər.

    86. İmtahan gedir. Müəllim izah edir:
    -Beşlik sual. Gərginlik nə ilə ölçülür?
    -Dördlük sual. Gərginlik nə ilə ölçülür: a)voltmetr b)ampermetr c)ommetr
    -Üçlük sual. Gərginliyi voltmetrlə ölçürdülər?

    87. Tələbə şikayətlənir:
    -Professor mən iki almağa layiq deyiləm!
    -Bilirəm, amma bağışla ikidən aşağı qiymətimiz yoxdur.

    88. Müəllim yolla gedir. Görür ki, balaca uşaqlar araq içir, siqaret çəkir və kart oynayırlar. Müəllim deyir:
    -Siz niyə görə məktəbə gedmirsiz?
    -Harda görmüsən ki, beş yaşında uşaqlar məktəbə gedsinlər.

    89. Valideynləri uşağa:
    - Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.

    90. Ata, yemək istəyirəm!
    - Utan, mən sən yaşda olanda kosmonavt olmaq istəyirdim!

    91. Ana, bəs düzdür ki, bütün insanlar meymundan əmələ gəlib.
    -Hə, balam, düzdür.
    -Mən də?
    -Sən də.
    -Sən də?
    -Mən də.
    -Bəs səndə şəklin qalıb?

    92. Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
    Məmmədqulu soruşur: Bunları axtarırsız?
    Polis işçisi: Bəli
    Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?

    93. Bir baba nəvəsinə müharibədə başına gələn əhvalatlardan danışır:
    - Düşmən bizi mühasirəyə almışdı. Bizi əsir aldılar. Düşmən komandiri dedi:
    - Ya hamınız burda ölürsüz ya da sizin başınıza oyun gətirəcəyik.
    Nəvəsi maraqla soruşur:
    - Nə oldu bəs?
    - Hamımızı öldürdülər...

    94. Valideynləri uşağa:
    - Əgər yaxşı oxusan sənə velosiped alacağıq, pis oxusan pianino alacağıq.
     
     
    Категория: Letifeler | Просмотров: 2393 | Добавил: DJ_DARK | Рейтинг: 1.0/1 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024