Azərbaycan milli komandası bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Albaniya yığması ilə yoldaşlıq oyunu keçirib. Saat 20:00-da başlayan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı oyunun 4-cü dəqiqəsində millimizin hücumçusu Branimir Subaşiç açıb. Komandamızın üstünlüyü 10 dəqiqə davam edib. Albaniya yığmasının kapitanı Ervin Skela 14-cü dəqiqədə hesabı bərabərləşdirib.
Xatırladaq ki, millimiz Albaniya yığması ilə indiyə qədər 2000, 2002 və 2005 ci illərdə qarşılaşmış, müvafiq olaraq 0:1, 0:1 və 1:2 hesabı ilə məğlub olmuşdu. Bunlardan ikisi yoldaşlıq oyun xarakteri daşıyıb. Millimizin məğlub olduğu bir oyun isə beynəlxalq turnir çərçivəsində keçirilib.