xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  NOYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Главная » 2008 » NOYABR » 23 » Obama haqqında bilinməyən 30 həqiqət!
    Obama haqqında bilinməyən 30 həqiqət!
    16:13
    ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama haqında çox şeylər deyildi, yazıldı, çəkildi, amma hələ bilinməyən tərəfləri bitmir.

    * Həftədə bir dəfə Çikaqodakı bərbəri Zarifin yanına gedib, saçını düzeltdirir.

    * Ən sevdiyi yemək xanəmə Mişelin bişirdiyi “karides linguini”.

    * Yazdığı "Atam haqqında xəyallar" adlı kitabın audioversiyası üçün 2006-cı ildə Gremmi mükafatı alıb.

    * Harri Potter kitablarının hamısını oxuyub.

    * Böyük əziyyətlər bahasına olsa da, Məhəmməd Əlinin imzaladığı bir cüt qırmızı boks əlcəyinə sahib olub.

    * Hələ 15-16 yaşlarında ikən məşhur dondurmaçı Baskin-Robbinsde işləyib, elə indi də dondurma görəndə yeməkdən özünü saxlaya bilmir.

    * İndoneziyada, anası və İndoneziyalı ögüy atası ilə yaşadığı vaxtlar ilan əti və çəyirtkə yeyib.

    * İspanca danışa bilir.

    * Ən sevdiyi içki meşə çiyələyinin şirəsi.

    * “Seçkidə qələbə çalsam, siqareti tərgidəcəm” deyə xanımına söz versə də, sözünün üstündə durmayıb.

    * İndoneziyada olduğu vaxtlar, hələ uşaq vaxtı, bütün uşaqlar kimi, it əvəzinə Tata adlı kiçik bir meymunu olub.

    * Ən sevdiyi kitab Herman Melvilin "Moby-Dick"idir.

    * Senator olduğu müddətdə Senatda oturduğu kreslo bir zamanlar Robert Kennediye məxsus olub.

    * Keçən il xanımı Mişellə birlikdə, əsas hissəsi özünün yazdığı kitablardan gələn gəlir olmaqla, üst-üstə 4.2 milyon dollar qazanıblar.

    * Ən sevdiyi film "Kasablanka" və "Qu quşu"dur.

    * Harvardda təhsil aldığı vaxtlar Universitetin çap etdirəcəyi, qaradərili tələbələrin yer alacağı təqvimdə şəklini çıxartdırmaq üçün cəhd etsə də, hamısı qadınlar olan münsiflər tərəfindən qəbul edilməyib.

    * Miles Davis, Bob Dylan, Bach və “The Fugees” pərəstəşkarıdır.

    * Xanımı Mişellə tanış olduqdan sonra ilk görüşdə onu Spike Lee-nin "Do The Right Thing" filminə aparıb.

    * “Scrabble” və poker oynamağı çox sevir.

    * Kofe içmir.

    * Uşaqlıqda ən çox memar olmaq istəyirmiş.

    * Gənclik illərində marixuana daxil olmaqla, müxtəlif narkotiklərdən istifadə edib.

    * Xüsusilə kişilərdə alt paltarını göstərən beli düşük şalvalrlara nifrət edir.

    * "Ən pis vərdişim aramsız olaraq BlackBerry’mi kontrol etməkdir" - deyir.

    * Ətraf cəmiyyətə qarşı həssas olduğunu göstərmək üçün sahib olduğu “Chrysler” markalı avtomobili satıb, “Ford Escape Hybrid” alıb.

    * Biri 1500 dollar olan “Hart Schaffner Marx” kostyumları geyinir.

    * Hamısı eyni modeldən olan 4 cüt qara ayaqqabısı var.

    * Ən sevdiyi rəssam Pablo Pikassodur.

    * Mətbəxə girməyi sevir və çox gözəl baharatlı yeməklər bişirir.

    * Atası Keniya höküməti üçün çalışan, Harvard təhsilli bir iqtisadçı olub.
     
    Fikirlerinizi bildirmeyi unutmayin...!!!
    Категория: xeberler | Просмотров: 554 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 467cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2017