“Kurtlar vadisi” serialının ən yaddaqalan personajlarından olan Laz Ziya rolunu aparan aktyor İstemixan Betil dilənçi kökündədir. Türkiyə mətbuatının xəbərinə görə, aktyor serialda rolunun bitməsindən sonra borca düşərək İstanbulda kirayə qaldığı evdən çıxmalı olub. Yaxın dostlarından biri ona mənzildə qalmaq üçün borc vəd etsə də, verməyib. İstanbulda evsiz və pulsuz-parasız qalan aktyor çarəni Yalovada yaşayan 92 yaşlı anası və 95 yaşlı atasının yanına köçməkdə görüb. 62 yaşlı aktyorun hazırda valideyinlərinin aldığı pensiya hesabına yaşadığı bildirilir. Serialda isə o, milyardlarla dollar pulu olan mafiya rolunu canlandırırdı. (musavat.com) Klip.az-ın verdiyi xəbərə görə, aktyorun qızı mətbuata atasının borca düşməsinin qaranlıq tərəflərini açıqlayıb: "Əslində atam ürəyi təmiz bir insandır. Amma pis adamların təsiri altına düşüb." Qızının bununla nəyə eyham vurduğu aydın bilinməsə də, aktyorun pis vərdişləri üzündən bütün varidatından mərhum olduğu bəllidir. Aktyorun pis vərdişləri illərdir ki davam edir. Hələ 2007-ci ildə Türkiyənin ATV kanalının aktyorun durumuyla bağlı hazırladığı süjetdə "Laz Ziya" göz yaşlarını saxlaya bilməmişdi.