xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 8 » Bakıda 20 məktəbə kameralar quraşdırılacaq
    Bakıda 20 məktəbə kameralar quraşdırılacaq
    17:32
    Bakıda 20 məktəbə kameralar quraşdırılacaq
    Elektron məktəb layihəsinin tətbiqi üçün 18 milyon yarım manat ayrılıb
    Bakının 20 orta məktəbinə xüsusi kameralar quraşdırılacaq. Bu barədə Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov məlumat verib. Onun sözlərinə görə, bununla da sinif otaqlarında keçirilən bütün dərslər, həmçinin müəllim-şagird münasibətləri birbaşa Təhsil Nazirliyinin nəzarətində olacaq.
    «2008-2011-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı» çərçivəsində nəzərdə tutulan pilot məktəblərə kameraların quraşdırılması gözlənilən nəticəni versə, digər paytaxt və rayon məktəblərində də bu sistemə qoşulacağı planlaşdırılır. Artıq kameraların quraşdırılacağı məktəblərin əksəriyyətinə avadanlıqlar alınıb. Layihənin həyata keçirilməsinə isə dövlət büdcəsindən ötən il 8 milyon yarım manat ayrılmışdısa, bu il elektron məktəb layihəsinin tətbiqi üçün 18 milyon yarım manat ayrılıb.
    Valideyn və şagirdləri elektron məktəb layihəsi çərçivəsində daha bir maraqlı yenilik gözləyir. Samir Məmmədovun sözlərinə görə, artıq şagirdlərin aldığı qiymətləri valideynlər birbaşa internetlə öz iş yerlərində və evlərində görə biləcəklər.
    Elektron məktəb layihəsində eyni zamanda elektron lövhələr də quraşdırılacaq. Artıq həmin lövhələrdən istifadə edən məktəblər var. Elektron lövhələri adi yazı taxtasından fərqləndirən cəhət isə burada şagird və müəllimlərin yazdıqları yazıların kompüterin yaddaşına verilməsidir. Şagirdlər həmin tapşırığı evdə də açıb oxuya biləcəklər. Bu avadanlıqlardan istifadə etmək üçün müəllim və şagirdlər üçün xüsusi təlim kursları da keçirilir. Belə ki, 2005-2008-ci illər ərzində 20 minə yaxın müəllim artıq təlim kursları keçib.
    Qeyd edək ki, paytaxtın iki məktəbində, Avropa litseyi və 23 saylı orta məktəbdə elektron məktəb layihəsinin cüzi bir hissəsi artıq tətbiq olunmağa başlayıb və yaxşı nəticə əldə olunduğu bildirilir. Ötən il 10 məktəbə kamera quraşdırılması nəzərdə tutulurdusa, bu il elektron məktəb layihəsinə daha 10 təhsil müəssisənin qoşulması qərara alınıb.
    Bu kameralar uje "TƏRƏQQİ" liseyində də var
    Категория: xeberler | Просмотров: 569 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 467cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2017