xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 8 » AZERBAYCANDA olan TV VE radiolar dayandirla biler.
    AZERBAYCANDA olan TV VE radiolar dayandirla biler.
    18:02
    Dövlət elektron KİV-ləri birbaşa məhkəməyə verə biləcək

    Dünən Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının iclasında "Televiziya və radio yayımı haqqında" qanuna dəyişikliklər müzakirə olundu. Layihə barədə məlumat verən Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmli bildirdi ki, qanuna ümumilikdə 8 əlavə və dəyişiklik təklif olunur. Birinci əlavədə nəzərdə tutulur ki, özəl teleradio yayımçısının təsisçiliyində və pay sahibliyində hər hansı bir dəyişiklik zərurəti yaranarsa, bu barədə bir ay əvvəl müvafiq dövlət qurumuna məlumat verilməlidir.
    İkinci dəyişiklik teleradio yayımı sahəsində dövlətin əsas funksiya və vəzifələrinə birini də əlavə edir. Əlavədə göstərilir ki, "Teleradio yayımı haqqında" qanunun müddəaları, verilmiş xüsusi razılığın şərtləri pozulduqda dövlət inzibati tənbeh tədbirləri həyata keçirir və ya məhkəmə qarşısında iddia qaldırılır.
    N.Məhərrəmlinin sözlərinə görə, növbəti dəyişiklik elektron KİV-lərə verilmiş lisenziyanın qüvvəsinin müvəqqəti dayandırılması və ya ona xitam verilməsi məsələlərini əhatə edir. Belə ki, hazırda qüvvədə olan qanuna görə, lisenziyanın şərtlərini pozan televiziya və radioların fəaliyyəti məhkəmənin qərarı ilə 1 gündən 7 günə qədər müvəqqəti dayandırıla bilər. Yeni variantda isə göstərilir ki, xüsusi razılığın şərtləri pozulduqda lisenziyanın müddəti 1 ay müddətinə dayandırılır. Bu barədə qərarı müvafiq dövlət qurumu qəbul edir. Yayımçı bundan narazı qalarsa, məhkəməyə müraciət edir.
    Təklif olunan digər dəyişikliyə görə, kanal müvafiq dövlət orqanı tərəfindən 1 il ərzində ən azı 3 dəfə sanksiyaya məruz qaldıqda da lisenziya müvəqqəti dayandırıla bilər.

    Adətən seçki vaxtı MTRŞ xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımına icazə vermirdi. Qanuna edilən növbəti dəyişiklik buna imkan verəcək. Belə ki, təklif olunan dəyişikliyə görə, zəruri hallarda (ictimai əhəmiyyət kəsb edən tədbirlərin, seçkilərin, mühüm əhəmiyyətli idman yarışlarının keçirilməsi zamanı və s.) xarici televiziya və radio kanallarının Azərbaycan ərazisində peyk vasitəsilə yayımı üçün icazə verilir.
    Elektron KİV-lərin fəaliyyətini tənzimləyən qanuna həmçinin reklamla bağlı dəyişiklik də hazırlanır. Hazırkı qanuna görə, televiziyalarda və radiolarda reklamın və teleticarətin ümumi həcmi gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 20, ayrılıqda reklamın ümumi həcmi isə gün ərzində yayımlanan verilişlərin ümumi həcminin 15 faizindən çox ola bilməz. İndi isə təklif olunur ki, telekanallarda reklam və teleticarətin ümumi həcmi 1 saatda 12 dəqiqədən çox olmasın.
    İclasda iştirak edən "Azad Azərbaycan" telekanalının təmsilçisi Elçin Əlibəyli bildirdi ki, qanuna reklamla bağlı ediləcək dəyişiklik özəl yayımçılara əlavə maliyyə problemləri yaradacaq: "Çünki reklam verənlər reklamlarının daha çox pik saatlarında yayımlanmasını istəyirlər. Gecə və səhər saatlarında isə heç kim reklam vermək istəmir". Onun sözlərinə görə, onsuz da dünyadakı maliyyə böhranı telekanallara xeyli ziyan vurub. Böhran başlayandan telekanallardakı reklamların həcmi azalıb. E.Əlibəylinin fikrincə, yaranmış vəziyyətdə dövlət telekanallara yardım etməli, əlavə problemlər yaratmamalıdır.
    Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisə tövsiyə edildi
    Категория: xeberler | Просмотров: 881 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 2
    09.03.2009
    S?rhin yeri # 2 Mu?llif: NERIMAN (DJ_DARK) [X?b?rin unvan?]

    DÜZDÜ MARAQLI XƏBƏRDİ
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024