Главная » 2009 » MART » 16 » Obama kabinetinə pəncərədən girmək istəyib
Obama kabinetinə pəncərədən girmək istəyib
22:35
ABŞ-ın 44-cü prezidenti Barak Hüseyn Obama Ağ Evdəki kabinetinə pəncərədən daxil olmağa cəhd göstərib.”Daily news”un məlumatına əsasən olay belə baş verib:prezident Oval kabinetinə gedərkən qarşısına bir qapı çıxıb.Yolun buradan olduğunu düşünən Obama içəri girməyə çalışıb.Amma sən demə,bu,heç də qapı deyilmiş,sadəcə qapı ölçüsündə pncərə imiş.Beləliklə,qaradərili prezidentin bütün cəhdləri boşa çıxıb.Əsl qapı isə onun qarşısına çıxan pəncərədən ikicə metr aralı imiş.Bunaoxşar hadisələrin əvvəlki prezidentlerin də başına gəldiyi deyilir.Məsələn,Corc Buş Pekindəki mətbuat konfransını bağlı qapıdan tərk etməyə çalışmışdı və nəticədə gülməli vəziyyətə düşmüşdü.