xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 19 » Türkiyə-Ermənistan sərhədlərinin açılması reallaşır
    Türkiyə-Ermənistan sərhədlərinin açılması reallaşır
    21:53
    Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Qara dəniz İqtisadi və Əməkdaşlıq Təşkilatının işində iştirak etmək üçün Türkiyə səfəri artıq başa çatıb. Hətta iki ölkə xarici işlər nazirləri arasında 3 saata yaxın təkbətək görüşün keçirildiyi də bildirilir. Görüşdən sonra jurnalistlər qarşısına çıxan XİN başçıları onları maraqlandıran suallara cavab veriblər. Mətbuat konfransı zamanı Ermənistan xarici işlər naziri Nalbandyan iki ölkə arasında münasibətlərin normallaşmaqda olduğunu vurğulayıb: "Türkiyə prezidenti Abdullah Gül bu ilin sentyabr ayında Ermənistana səfər edib və iki ölkənin prezidentləri birgə matç izləyiblər. Əlaqələrin pozitiv olduğuna inanıram və bunu davam etdirəcəyik. Ermənistan əlaqələrin genişləndirilməsinə hazırdır. İlkin şərt olmadan əlaqələri normallaşdırmalıyıq. Eyni zamanda, sərhədlərin də ilkin şərt olmadan açılmasını istərdik". Görüşü faydalı və konstruktiv adlandıran Türkiyə xarici işlər naziri Əli Babacan müzakirələrin pozitiv atmosferdə keçdiyini vurğulayıb: "Bundan sonrakı mərhələdə həm siyasi, həm də texniki səviyyədə əlaqələrimiz davam edəcək. Məqsədimiz iki ölkə arasında münasibətlərin tam normallaşmasıdır. Bu məqsədlə müzakirələri davam etdirəcəyik". Verilən məlumata görə, müzakirələrdə əsas məqsəd iki ölkə arasında diplomatik münasibətlərin yaradılması və sərhədin açılması olub. Görüş barədə öz münasibətini bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim hesab edir ki, iki ölkə arasında münasibətlərin qurulması o dövlətlərin öz hüququdur. Diplomat əlavə edib ki, Türkiyənin mövqeyi hər zaman birmənalı olub - Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən qüvvələrini çıxarmalıdır: "Biz inanmaq istərdik ki, qurulan münasibətlər, yaranan əlaqələr Ermənistanın bu şərtləri yerinə yetirməsinə gətirib çıxaracaq, regionda sülh və sabitlik bərpa olunacaq". Ermənistan xarici işlər nazirinin Türkiyə səfəri və səfər çərçivəsində görüşün keçirilməsinə münasibət bildirən siyaçi icmalçı Qabil Hüseynli hesab edir ki, Nalbandyanın ilkin şərt olmadan münasibətlərin qurulması və sərhədlərin açılması ifadəsinin arxasında hiyləgər niyyət dayanır: "Türkiyə dəfələrlə qeyd edib ki, Ermənistanla münasibətlərin qaydaya salınması Ermənistan-Azərbaycan münasibətlərinin qaydaya salınmasından asılıdır. Əsasən də, Dağlıq Qarabağ məsələsindən asılıdır. Hesab edirəm ki, bu şərt Türkiyənin gündəmində qalır. Heç bir şərt qoymadan Türkiyə Ermənistanla diplomatik münasibətlərin yaradılması, sərhədlərin açılması və.s bu kimi güzəştlərə gedəcəksə, bu, həm Türkiyə-Azərbaycan münasibətlərinə, həm də ermənilərin bu iki dövlətə qarşı törətdiyi əməllərə qarşı səmərəli mübarizəyə ciddi ziyan olacaqdır". Onun fikrincə, ayrı-ayrılıqda Ermənistanla məsələni çözmək mümkün deyil: "Əgər Türkiyə qeyri-şərtsiz Ermənistanla münasibətlərinin düzəlməsinə gedəcəksə, bunun bütünlükə Türkiyəyə ziyan olacağını güman edirəm. Amma bu gedişin Türkiyəli qardaşlarımız tərəfindən qəbul ediləcəyinə inanmıram. Həm Qarabağ, həm Türkiyənin özünə qarşı qaldırılmış problemlər bəlli bir müstəvidə həllini tapmayacığı təqdirdə, nəyəsə şirnikərək belə bir addımın atılmasını uğurlu, diplomatik hesab etmirəm". Politoloq Hikmət Hacızadə hesab edir ki, bizlər buna etiraz etməliyik: "Biz bu kimi danışıqları nəzarət altında saxlamalıyıq. Biz daim türk cəmiyyətinə və hökumətinə bildirmliyik ki, belə yanaşma bizə ziyandır". H.Hacızadə qeyd etdi ki, bu kimi görüşlərin keçirilməsi bizi narahat etməlidir: "Hesab edirəm ki, bunun sonu belə ola bilər ki, Türkiyə hökuməti Azərbaycanın maraqlarını saya saymayaraq Ermənistanla əlaqə qura bilər. Bunu isə biz istəmirik və buna görə etirazımızı bildiririk".
    Категория: xeberler | Просмотров: 512 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 467cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2017