xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 6 » Nigar Topçubaşova: “Faiqin porno-kasetlərinə baxdım, iyrəndim”
    Nigar Topçubaşova: “Faiqin porno-kasetlərinə baxdım, iyrəndim”
    21:36




    Topçubaşovanın, onun anası Dilbər Topçubaşovanın və qardaşı Rüfət İsmayılovun bu gün keçirdikləri mətbuat konfransı dava-dalaşla yadda qalıb.
    “Faiq Ağayevin qohumlarının mətbuat konfransında iştirakı Faiqin özü tərəfindən hazırlanmış təxribat idi. Mən uşaq deyiləm axı, bu insanlar ora elə-belə gəlməmişdilər.

    Faiq o qohumlarını illərlə görmür, heç telefon zənglərinə belə cavab vermir. Onların ora gəlməsinin yeganə bir səbəbi var idi ki, mətbuat konfransına mane olsunlar. Faiqin qohumlarının suallarından sonra hər şey mənə aydın oldu”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın xalq artisti Faiq Ağayevin keçmiş həyat yoldaşı Nigar Topçubaşova deyib.
    Bəzi məqamlara aydınlıq gətirən N. Topçubaşova Faiq Ağayevlə bağlı yeni faktlar açıqlayıb: “Biz evlənəndən təxminən bir il sonra Faiqdə dəyişikliklər hissə eləməyə başladım. Həkim Faiqə səhhətində ciddi problemlərin yarandığını demişdi. Bu problemlərin nədən ibarət olduğunu isə mən bu günə kimi də bilmirəm. Məhz həmin vaxt Faiq mənə belə bir mesaj yazdı: “Bağışla məni, Nigar. Mən sənin də, özümün də həyatımı məhv etdim”. Əslində ona kimi mən heç onun üzünü də görmürdüm, həm işi ilə əlaqədar, həm də xasiyyəti elə idi. Elə olurdu ki, həftələrlə evə gəlmirdi”.

    Dünənki mətbuat konfransında Faiq Ağayevə böyük sevgi duyduğu üçün onunla ailə qurduğunu etiraf edən N. Topçubaşova artıq ona qarşı heç bir hissinin qalmadığını deyib: “Düzdür, əvvəl sevgi olub və mən bunu etiraf edirəm, ancaq indi heç bir hissim yoxdur o insana qarşı. Bir də ki, bu sevgi həmişə mənim tərəfimdən olub, qarşılıqsız. Onun tərəfindən heç bir sevgi hiss etməmişəm. Faiqin ancaq özünə və pula sevgisi var. Danışanda deyir ki, anasını belə istəyir, yoldaşını belə sevirmiş... Lakin bütün bunlar ağ yalandır. O özündən və puldan başqa heç kimi və heç nəyi sevmir. Mən həmişə demişəm, yenə deyirəm: Mən ailə həyatımı sevgi üstündə qurmuşam. Hər halda xanımlar məni başa düşər. Bu söz-söhbətlər yeni başlayanda ailəmin dağılmasını istəmirdim. Düşünürdüm ki, çətinliklə də olsa, ailəmi qoruyub-saxlayım. Sonradan bunun mümkün olmadığını görüb, ayrılmağa qərar verdim. Bu qərarımdan sonra isə ardı-arası kəsilməyən şantajlar başladı. Onda başa düşdüm ki, Faiqin sözləri yalanmış. Faiq Ağayevin hələ biz ailə qurmazdan əvvəl yayılmış porno-kasetini mənə göndərmişdilər. Ancaq Mən Faiqi həqiqətən sevdiyim, ona inandığım üçün o kasetə əhəmiyyət verməyib, ailə qurdum. Mən o kasetə bu günə kimi də baxmamışam. Ancaq sonradan mənə yenə bir neçə başqa kaset göndərdilər. Həmin kasetlərə baxdım, nifrət hissi keçirdim, iyrəndim ki, bu insan mənim həyat yoldaşım olub...

    Birinci prono-kaseti Faiq Bakıda ekspertiza etdirdi və guya oradakı şəxsin özü olmadığını dedi. Biz isə o kasetləri Moskvada ekspertizaya göndərmişik ki, həqiqət üzə çıxsın. Ekspertizadan cavab gələndən sonra hər şey məlum olacaq. Faiqin qeyri-ənənəvi cinsi oriyentasiyası ilə bağlı porno-kaset yayılanda atası psixoloji sarsıntı keçirdi. Onun atasını Mərkəzi Klinik Xəstəxanaya mən müalicəyə aparırdım, ona ürək-dirək verirdim, bunların yalan olduğunu deyirdim. Ancaq atası bildirirdi ki, bunların şayiə olmadığını bilir. Onun atası mərhum Ağabəy Sultanovun xəstəsi olub”.

    N. Topçubaşova qardaşı Rüfətin səkkiz ilə yaxın Almaniyada olduğu müddətdə F. Ağayevin ona sponsorluq etməsi barədə dediklərinin də əsassız olduğunu bildirib: “Birincisi, Faiq elə insan deyil ki, mənim qardaşıma kömək etsin, o heç öz doğma qardaşına kömək etmir. İkincisi, biz Faiqlə ailə quranda qardaşım artıq bir neçə il idi ki, Almaniyada yaşayırdı. Bəs onda kim sponsorluq edirdi Rüfətə? Rüfət altı ay əvvəl gəlib Azərbaycana. Bütün baş verənlərdən, bizim boşanmağımızdan, bu söz-söhbətlərdən onun xəbəri olmayıb. Mən bir bacı kimi Rüfətin bunları bilməsini istəmirdim. O, ilk gündən mənim Faiqlə ailə qurmağımın əleyhinə idi, bunu Faiq özü də çox gözəl bilir. Rüfət məhz bu addımıma görə uzun müddət, mənimlə küsülü olub. Rüfət gələndən sonra Faiq mətbuata verdiyi müsahibəsində ailəsinin yanında olduğunu demişdi. Bu da azmış kimi həmin müsahibəsində guya mənim hamilə olduğunu bildirmişdi. Belə şey olmayıb, axı... Bu ilin sentyabrın 3-də artıq iki il tamam olur ki, mən valideynlərimin evində yaşayıram”.

    Bunu Faiqin bütün qonşularının təsdiq edə biləcəyini vurğulayan N. Topçubaşova istənilən şəxsə bunu sübut edə biləcəyini vurğulayıb: “Bu müddət ərzində susmağımın yeganə səbəbi ailəmi qoruyub-saxlaya biləcəyimi düşünməyim idi. Düzdür, biz boşanmışdıq, amma əlaqəmiz var idi. Həm Faiq, həm də anası deyirdilər, düzələcək, səbir et. Sonradan isə başladı məni şantaj etməyə, hədə-qorxu gəlməyə... “Sən bunu eləməlisən, sən mənimlə getməlisən” kimi təzyiqlər etməyə. Sonuncu dəfə mənə zəng vurub dedi ki, Röya bizi toya çağırıb. Mən də bildirdim ki, birincisi, mənim nənəm rəhmətə gedib, hətta Röya özü zəng vurub mənə başsağlığı verib. İkincisi də, lap belə olmasaydı da, səninlə birlikdə toya getmək fikrində deyiləm, neçə vaxtdır, mənim adımdan istifadə edirsən. Faiq gəlib anama və qardaşıma söz verdi ki, boşanmağımızı sentyabrda açıqlayacaq. Mən hardan bilim ki, bu sentyabrda ad alacaq. Faiq məhz bunu gözləyirdi. İki ay əvvəl bu söz-söhbətə görə Faiq özü bizim evdə olub. Anamla qardaşım onu bizə çağırdılar, danışdılar. Bu müddət ərzində Rüfət məhz mənə görə bunları açıqlamayıb. Rüfət məsələnin bu vəziyyətə çatmasını istəmirdi.

    Rüfət ona dedi ki, açıqla məsələni bitsin, Faiq də bildirdi ki, açıqlayacaq. Sonra da başladı, qardaşıma hədə-qorxu gəlməyə, onu şantaj etməyə. Bunun ardınca evimizə cürbəcür adamlar zəng vurmağa, bizi qorxutmağa başladılar. Faiq də mesaj yazırdı ki, “Eləmə bunu, çaşma, sonra başqa cür olacaq”. Mən başa düşə bilmirəm ki, niyə hamı bizdən bunu indiyə kimi açıqlamamağımızın səbəbini soruşur. Bəs bu sualı Faiqə niyə verən yoxdur? Nə qədər insana təzyiq göstərmək olar... Biz ailəvi şəkildə polisə Faiq Ağayevlə bağlı ərizə yazmışıq. Axı onun bu şantajları oyuncaq deyil. Faiq bəyanatında deyib ki, guya boşanandan bir ay sonra mən onun yanın gedib birgə yaşamağımızı istəmişəm. Bunu sübut eləsin ki, biz harada, necə yaşamışıq. Faiq Ağayevlə ailə qurmağıma çox peşmanam. Bundan sonrakı həyatımın çox gözəl olacağına əminəm. Əgər Allah məni ondan ayırıbsa, demək hər şey yaxşı olacaq”. N. Topçubaşova atası Əli İsmayılovun toyunda iştirak etməməsinin səbəblərinə də aydınlıq gətirib: “Atam da Rüfət kimi bu evliliyinin əleyhinə idi”.

    O, dünən keçirilmiş mətbuat konfransında ünvanına bəzi ifadələr işlədən Gülnarə Bəylərbəyovanın Faiqin xalası deyil, sadəcə uzaq qohumu olduğunu söyləyib: “Düzdür o, bizim elçiliyimizdə, nişanımızda iştirak edib, ancaq mənim yengəm olmayıb. Gərək mən bunları mətbuat konfransında deyərdim, səhvim o oldu ki, demədim, utandım. O necə yaxın qohumdur ki, Faiqin evinin qapısının hansı rəngdə olduğunu belə bilmir.
    Xatırladaq ki, Dilbər Topçubaşova mətbuat konfransında mətbuat nümayəndələrinə dəfələrlə “Faiq sizə nə qədər verib” sualını da ünvanlandırıb. Bunun cavabı olaraq isə jurnalistlər dəfələrlə Dilbər Topşubaşovaya bu cür həqarətlər etməməyi məsləhət görüblər. Qalmaqalla yaddaqalan mətbuat konfransında bir çox məsələ qaranlıq qalıb. Tədbirdə iştirak edən Faiq Ağayevin qohumları isə onların da mətbuat konfransı keçirəcəklərini açıqlayıblar.


    Категория: Şou-Biznes | Просмотров: 2420 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024