xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 13 » BƏS NEÇƏ İLLƏRDƏN SONRA SEVGİ HARDADIR?
    BƏS NEÇƏ İLLƏRDƏN SONRA SEVGİ HARDADIR?
    21:10
     

    BƏS NEÇƏ İLLƏRDƏN SONRA SEVGİ HARDADIR?
    Bir çox insanlara, ailələrə rast gəlmişəm ki, hansı ki, sevginin,əsl hissin dadını dadıb, ailə qurub, hörmət, sevinc, sevgi içində yaşayıb, gözəl şirin övladlara sahib olublar və onları da sevgi ilə böyüdüblər. Amma, yaşa dolduqca problemlər, söz-söhbət, dava-dalaş, üzüntülər baş verir. Bir-birlərini incidirlər … Onlara baxıram və düşünürəm: axı, onlar da vaxt var idi, dəlicə sevib, sevilirdilər, onların da bir-birlərinə məktubları, şerləri var, hansı ki, indi yatır sandığın bir küncündə gəncliyin, sevginin ən şirin, gözəl xatirəsi olaraq. Onların da üzlərindən, gözlərindən təbəssüm yağan, sevgi dolu şəkilləri var və indi də həmən o sevgi dolu şəkillər yenə də həmən o şirin xatirələrdə qalıb. O xatirlər və sevginin bəhrəsi olan övladlarından başqa heç nə saxlamayıblar. Bunları görürəm, elə üzülürəm, elə qorxuram ki… Kin, nifrət, hirs və s. sarıb könüllərini və beyinlərini, bunlar bürüyüb ürəkdəki o sevginin üstünü. Bəs nə üçün bu bahar qışa dönür, nə üçün sevginin üstünü qara buludlar alır, hanı o canımızdan belə keçəcək qədər, bizə sevirəm dedirdən, o ülvi hisslər???
    Bunların çox səbəbi ola bilər. Yəqin ki, ən əsasları da ki, keçimsizlik, ilgisizlik, kasıblıq, xəyanət və s. və beləcə SINDI O HASAR, ÇÖKDÜ O SEVGİ…

    Sevginin yerini nifrətə verməsi yəqin ki, hər ailədə, hər ürəkdə, düşüncədə müxtəlifdir. Amma, mən daha çox o hallarda buna rast gəlmişəm ki, ailədə keçim, pul problemi olur. Sevənlərçün pul, problem deyildi o vaxt, haçan ki, gənc idilər. Amma, indi ki, övladları var, ata işləmir, pul yoxdur, uşaqlar acdır, ayaqlarına geyəcək bir şey yoxdur, üst-baş yalındır – bax elə bundan başlayır çartlamağa o sevgi. Axı balaları acdır, qadın bir dözür, iki dözür, sonda bezir və sərt dillənir. Başlayırlar atışmağa. Əgər bir dəfə bu ip qırıldısa, bu beləcə də davam edir və sevgiyə əlvida, buyurun əzab, nifrət xoş gəldiniz.Necə də qorxuncdur elə deyilmi? Allah hər zaman köməyimiz olsun. Bəlkə də mənə bunları kənardan müzakirə etmək daha rahatdır . Sevgidən sonra ən əsas şey, bəlkə də, sevgidən də qabaq, mütləq hörmətdir. Ey insanlar, bir-birinizi həqiqətən sevin, dinləməyə çalışın, bir-birinizi başa düşün. Adi bir söhbət olanda biz gənclər öz səhvlərimizi görmürük və bizə busəhvlər deyilən zaman, coşub çıxırıq özümüzdən, hirslənirik, küsürük. Ya da başqa bir şey, davamız olur, naz edirik, qürur edirik. “Mən onun ayağına getməyəcəm, özü gəlsin” –deyirik və günlərlə danışmırıq. Bilinki, qürur ancaq, insanlardadır, sevgi də olmamalıdır. Çoxmu çətindir sakitcə oturub, bir-birimizə nədən razı, nədən narazıyıq demək? Çoxmu çətindir bir-birimizi dinləmək, başa düşmək? Gərək hər zaman dilimiz acımı olsun? Vallah, bu acılıqdan bir şey çıxan deyil. Mütləq hörmət edin bir-birinizə, hörmətin, sayqının pərdəsini aradan qaldırmayın. Sevdiyiniz, yoldaşınızı həmişə dinləməyə, başa düşməyə çalışın. Sevginin təməlini elə bərk qoyun ki, o sevgi gələcəkdə uçub, dağılmasın. Elə sevin ki, sevgi də bununla fəxr etsin.Və bir zaman bu sevgi uçub getmək istəsə buraxmayın onu arxasınca gedin taki tutana qədər…Bilin ki,o getdise artiq hec qayidan deyil!Konul ise daha hec bir zaman seven deyil!!!Gəlin bir-birimizin qəlblərini qırmayaq.BİR ÖMÜR BOYU SEVƏK VƏ SEVİLƏK!!!

    Категория: sevgi | Просмотров: 761 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024