xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 13 » Ramazan ayının fəzilətləri
    Ramazan ayının fəzilətləri
    21:15
     
    Ramazan ayının fəzilətləri
    Peyğəmbər (s) Ramazan ayının fəziləti haqqında buyurub: “Ramazan ayı mübarək bir aydır. Allah təala sizə Ramazan ayını fərz etdi. O ayda lütf, mərhəmət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. O ayda bir gecə var ki, min aydan daha xeyrlidir. O gecənin xeyrindən məhrum olan bütün xeyirlərdən məhrum olmuş kimidir” (Nəsai). “Ramazan ayı girdikdə “Xeyir əhli xeyir üçün çalış, şər əhli pisliklərdən əl çək” deyilər” (Nəsai). “Ramazan bərəkət ayıdır. Allah bu ayda günahları bağışlayar, duaları qəbul edər” (Təbərani).“Ramazan girdikdə Allah mələklərə möminlərə dua etməyi əmr edər” (Deyləmi). “Fərz namaz sonrakı namaza qədər, cümə namazı sonrakı cümə namazına qədər, Ramazan ayı da o biri Ramazan ayına qədər olan günahlara kəffarə olar” (Təbərani). “Ard-arda üç gün oruc tuta bilən kəs Ramazan orucunu tutmalıdır” (Əbu Nuaym).”Bu aya Ramazan deyilməsinin səbəbi günahları əritməsidir” (Mənsur).“Ramazan ayının əvvəli lütf (mərhəmət), ortası bağışlanma (məğfirət), sonu isə cəhənnəmdən qurtuluşdur.” (Əbu əd-Dunyə) “İslam şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir” (Müslim).“Allah təalanın gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin xəyalına gətirə bilmədiyi zəngin süfrəsi ancaq oruclular üçündür” (Təbərani). “Mübarək Ramazan çox şərəfli bir aydır. Bu ayda yerinə yetirilən bir fərz başqa aylardakı yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar və o, cəhənnəmdən qurtular. O oruclunun əcri qədər o şəxsə də əcr verilər və bundan dolayı oruclunun əcrindən də heç bir şey azalmaz. Ramazan ayında Peyğəmbərimiz (s) əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu ayda ibadət və gözəl şəkildə buyurulanlara əməl edənlərə bütün il boyu bu işləri görmək nəsib olar. Bu aya hörmətsizlik edən bütün il boyu günahdan qurtula bilməz. İnsan bu fürsətdən faydalanmalı, bacardığı qədər ibadət etməli, Allahın razı olduğu işləri görməli və ondan axirəti qazanmaq üçün istifadə etməlidir. Quranı-Kərim Ramazan ayında nazil olub. Qədr gecəsi bu aydadır. Ramazanda iftarı tez etmək sahuru gecikdirmək sünnətdir. İftarda tələsmək və sahuru gecikdirmək bəlkə də insanın aciz olduğunu, yeyib içməyə və bir sözlə hər şeyə möhtac olduğunu göstərir. İbadət etmək də elə bu deməkdir. Xurma ilə iftar etmək, təravih namazı qılmaq, Quran oxumaq əsas sünnətlərdəndir. Bu ayda hər gecə cəhənnəmə girməli olan minlərlə müsəlman əfv olunur. Alah təala bu mübarək ayda Onun şəninə layiq şəkildə qulluq etməyi və bizim üçün seçdiyi yolla getməyi hər bir müsəlmana nəsib etsin! ”. “Ramazan ayında ailənizin xərcliyini artırın! Bu ayda xərclənən hər şey Allah yolunda xərclənmiş kimidir” (Təbərani). “Oruclunun sükutu təsbih, yuxusu ibadət, duası məqbul, əməlinə verilən əcr isə qat-qatdır” (Deyləmi).“Oruclu ikən ədəbsiz danışmayın! Bir kimsə sizə sataşarsa, ”mən orucluyam” deyin” (Buxari). Ramazanda oruc tutmaq çoxlu savab qazandırar. Əsassız yerə orucu tərk etmək böyük günahdır. Bir hədisdə deyilir: “Bir əsas olmadan Ramazanda bir gün oruc tutmayan bunun yerinə bütün il boyu oruc tutsa, Ramazandakı o günün əcrini qazana bilməz
    Категория: İslam | Просмотров: 795 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024