xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 16 » Şou-biznesin ləqəbləri
    Şou-biznesin ləqəbləri
    23:49



    Primadonna, meqa-star İlhamə Quliyeva - birinci titulunun ona verildiyini desə də, ikinci adını özü-özünə verib.


    Şamplena Aygün Kazımova - götürdüyü bu ləqəbi ilə bənzərsiz olduğunu sübut etməyə çalışıb.


    100% F.A, Qızıl Şlyager Faiq Ağayev - əslində hamı onun 100% Faiq Ağayev olduğunu bilir, amma ikinci titulunu o, 1996-cı ildə Mogilyovda iştirakçısı olduğu müsabiqənin adı ilə bağlayır.


    Ulduzə xanım Röya - səhnəmizin ulduzları çox olduğundan Röya bu sözün sonluğuna “ə” hərfi artıraraq, səsi kimi ləqəbinin də ürəyəyatımlı olmasını istəyib. Onu da vurğulayaq ki, Röya bu ləqəbini həmişə eyhamla və gülərəkdən ifadə edir...


    Göyçək Fatimə – bu rəqqasə xanım ləqəbi ilə göyçək olduğunu isbat etmək istəyir.


    Hacı İzzət Bağırov - Həcc ziyarətində olduğu üçün bu titulla çağırılır.


    El qızı Mətanət İsgəndərli - bu adın ona xaricdə yaşayan həmvətənlərimiz tərəfindən verildiyini deyir.


    Faytonçu Nazim – sözləriRafael Dadaşova aid olan “Faytonçu” mahnısını oxuduqdan sonra bu adla çağırılmağa başlanıb.


    Pişik Günel – klipində pişik obrazında olduğu üçün adından öncə bu heyvanın*heyvan* adı çəkilir.


    Toylar kralı Səməd Səmədov – dediyinə görə, ona bu adı İlhamə Quliyeva verib, toy idarə etmə bacarığına görə. Onu da qeyd edək ki, bu ad şou-biznesdə ən qalmaqallı titul sayılır. Belə ki, Cavanşir Məmmədov və başqa müğənnilər bu titulun məhz onlara məxsus olduğu iddiasındadır.


    Əjdaha Nadir – Nadir Qafarzadə bununla çox güclü olduğunu sübut etmək istəyir.


    Xallı qız Firəngiz Mütəllimova – sevimli aktrisamız efirə təzə çıxan vaxtlarında xalq tərəfindən çox vaxt belə çağırılarmış.


    Maestro Ceyhun – özünü sənətinin ustası, yəni “maestro”su sayır. Necə də “sadəlövh”dür?


    Şuşalı qızı Xuraman – təxəllüsündən də məlum olduğu kimi doğulduğu məkanla reklam olunmağa çalışır (artıq buna nail olub).


    Yaylıqlı qız Tünzalə – efirə təzə çıxanda rəngbərəng yaylıqları ilə özünəməxsus imic yaradan Tünzalənin adını unudanlar bəzən onu “yaylıqlı qız” deyə çağırırlar.


    Gürcü qızı Manana – bu titulla ona sanki Azərbaycanda yad olduğunu və yerini bilməsini xatırladırlar.


    Elit-star Cəmilə – oxuduğu restoranlardan birinin adını özünə ləqəb götürüb.


    İki qız anası Rəqsanə – bu, şou-biznesdəki ən təzə ləqəblərdəndir. Əvvəllər Rəqsanəyə xarici görünüşünə görə müxtəlif adlar verilirdi. Sağ olsun müasir tibb!


    Yeni ulduz İlhamə – iştirak etdiyi müsabiqənin adı ilə bağlıdır.


    Xalq ulduzu Eldəniz – o da iştirakçısı və qalibi olduğu müsabiqənin adı ilə titullanıb.


    Bu siyahını artıra bilərdik, ancaq... Nə isə? Əsas odur ki, insana özü yox, kənardan ad verilsin, amma layiqlisindən. Təki, şou-biznesimizdə layiqli ləqəblərin sayı çox olsun.



    Категория: Şou-Biznes | Просмотров: 725 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024