Oktyabr
Ayının 15-i Manama şəhərindəki «National» stadionunda Bəhreyn yığması
ilə yoldaşlıq görüşü keçirən Azərbaycan millisi 2:1 hesabı ilə qalib
gəlib. Oyunda ilk qolu meydan sahibi komanda vursa da, Zeynal Zeynalov
hesabda tarazlıq yaradıb. Millimizin 2-ci qoluna isə Elvin Məmmədov
imza atıb.