xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 18 » Kişilər daha çox nəyi istəyir?
    Kişilər daha çox nəyi istəyir?
    21:57

    Diqqət! Edəcəyiniz hərəkətlər ya da ağızınızdan çıxacaq kiçik bir sözünüz sevgilinizin ağılını başından almağa çata bilər...

    Bəzən bilərək və ya bilməyərək etdiyiniz kiçik şeylər, onun üzünü güldürməyə yetər. Amma sözünü etdiyimiz yalnız sadə bir gecə geyimi geymək kimi və təxmin etdiyiniz şeylər deyil.

    Bəzənərkən sizi seyr etməyi
    Saç maşası və ya kirpik qıvırıcısı, kişilərə işgəncə alətləri kimi gələ bilər amma yenə də bəzənərkən sizi seyr etmək onları ovsunlayar. "Güzgünün qarşısında üzərində dəsmalla dayanmış, makiyaj edən bir qadını seyr etmək gözəldir" deyir kişilərin bir çoxu.

    Bunun ən əhəmiyyətli qisimi isə bizə gözəl görünmək üçün dözəcəklərinizi görməkdir. Bir də sizə özəl olanlara girə bilmək, hadisəni daha da maraqlı edər. Bir yerə çıxacağınız zaman və ya səhər hazırlanarkən, yaş saçlı qızdan, bir qadına çevrilmənizi seyr etməsinə icazə verin.

    Yaraşıqlı bir kişi olduğunu sizdən eşitməyi
    Onun gözəl görünməyi sizi xoşbəxt edir amma partnyorunuz bunu ancaq ağızınızdan eşitdiyi zaman hiss edə bilir. Ona kompliment deyərək, fiziki xüsusiyyətlərinin fərqinə varmasını təmin edin.

    Səssizlikdə olduqlarında
    Səssiz qaldıqlarında, kədərli ya da bədbəxt olduqlarından deyil, yalnız o anın dadını çıxarmaqda olduqlarından elə davranır ola bilərlər. Bunda müzakirə edəcək bir şey yox! Bunu belə qəbul etsəniz siz də daha rahat və xoşbəxt olarsınız.

    Bir dahaki səfərə, belə bir səssizliyə reaksiya verəcəyiniz anda, bir an durun və məsələn favorit serialınızın son hissəsində nələr olduğunu düşünün. Səssiz qalmaq münasibətinizdə nə qədər rahat olduğunuzu göstərəcək.


    Təkliflərini dinləməyi
    İşinizlə əlaqədar dərdlərinizi və ya ana- atanızla aranızda keçənləri izah etdiyiniz zaman, onlar sizə qulaq asmağın lazım olduğunu bilirlər və ara-sıra sizə sual verərlər. Çünki onlar bir çox problemə aydınlıq gətirəcəklərinə inanırlar.

    Ona görə siz, bir dərdinizi izah edərkən sizə məsləhətlər verəndə və onların məsləhətlərinə qulaq asanda, onlara güvəndiyinizi görmək istlərlər. Ayrıca onların dediklərinin sizin üçün nə qədər önəmli oldunğunu görmək istəyirlər.



    Kişilərin "kaş ki bunları daha az etsələr" dedikləri

    • Davamlı gülmək heç xoş deyil! Sevimli olmaq gözəl bir şey amma bu qədər də komik olmamızdan xoşları gəlmir.

    • Gözəl görünməmizi istəsələr də bir dondurma yeməyə çıxarkən belə hazırlanmamızın 45 dəqiqə davam etməsindən nifrət edirlər.

    • Dekolte paltarlar! Üzərimizdə paltarlarımız varkən çox açıq-saçıq olmaq, onların zamanla marağını öldürür.

    • İçki limitlərinin fərqində olmayan qadınlara normal baxmırlar. İçincə sərxoş olan qadına körpə baxıcılığı etməkdən xoşlanmırlar.

    • Cazibədar olmaq üçün çox çalışan qızları sevməzlər. Təbii olmağa daha çox üstünlük verirlər.
    Категория: sevgi | Просмотров: 750 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024