Azərbaycanda dünya səviyyəli Güləş Evi tikiləcək. tereqq-az-ın məlumatına görə, bu haqda jurnalistlərə Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev məlumat verib.
Onun sözlərinə görə, idman qurğusunu İsveçrə şirkəti inşa edəcək. Həmin şirkətin nümayəndələri artıq Bakıya dəvət olunublar.
“Bu, həmin şirkətdir ki, Pekin Olimpiadası üçün obyektlər tikib”, - deyə N. Əliyev qeyd edib.