xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  NOYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Главная » 2008 » NOYABR » 23 » Yalan üzrə 7 dəfə dünya çempionu
    Yalan üzrə 7 dəfə dünya çempionu
    15:47
    Britaniyalı fermer yalançılar müsabiqəsində qalib gəldi

    Noyabrın 20-də İngiltərənin Senton Bric şəhərində ənənəvi Ümumdünya yalançılar müsabiqəsi keçirilib.  Con Qrem adlı ingilis 7-ci dəfə dünya çempionu adını qazanıb.

    Müsabiqənin tarixi XIX əsrə gedib çıxır. O zaman yerli tavernalarda öz yalanları ilə insanları əyləndirən mülkədar Uill Ritson məşhurlaşıb. Hazırkı “Kambriyanın ən böyük yalançısı” müsabiqəsi də Ritsonun xatirəsinə həsr olunub.

    Ənənəyə uyğun olaraq müsabiqə “Bric İnn” tavernasında keçirilir. Hər bir iştirakçı 5 dəqiqə ərzində başqalarını inandıra biləcək dərəcədə yalan danışmalıdır. Qaydaya əsasən siyasətçilər və vəkillərin müsabiqədə iştirakı qadağandır – “onların həddən artıq böyük təcrübəsi var”.

    Bu il də əsas yalançı adı uğrunda mübarizə gərgin olub. Müsabiqədə həm veteran yalançılar, həm də debütantlar iştirak edib. Müsabiqədə giriş bileti alan istənilən şəxs iştirak edə bilərmiş. Qalibə kubokdan əlavə pul mükafatı və üzərində “Dünyanın ən böyük yalançısı” yazılan qalstuk hədiyyə edilib.

    Hazırda müsabiqədə bütün Britaniyadan gələn şəxslər iştirak edir. Amma hələ heç kim yerli fermer Con Qremin nailiyyətlərini üstələyə bilməyib. Hakimlərdən 8-i “Yalançı Conni” ləqəbi ilə məşhur olan fermerə üstünlük verib. Ötən il pivə çəlləyi ilə balıq öldürdüyü barədə hekayəsi ilə qalib gələn Con Qrem bu il zibil qutusunda Şotlandiyaya getməsi barədə “hadisəni” danışıb.

    Con Qrem 1990-cı ildən yalançıların müsabiqəsində iştirak edir. O zamandan özündən minlərlə inanılmaz hadisə quraşdıran Qremin hekayələri əsasında böyük bir kitab tərtib etmək olar. O bildirir ki, yalan danışa bilmək üçün birinci şərt həqiqəti əsas götürməkdir: “Qalib olmaq yaddan çıxmayacaq hissdir. Mən artıq 20 ildir ki bu müsabiqədə iştirak edirəm və hər dəfə də ilk dəfə olduğu kimi sevinirəm. Mən həmişə insanları sevindirməyi sevmişəm və onlara inanılmaz hadisələr danışmışam: bu mənim ikinci həyatımdır”
     
    Fikirlerinizi bildirmeyi unutmayin...!!!
    Категория: xeberler | Просмотров: 742 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024