xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  FEVRAL 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Главная » 2009 » FEVRAL » 23 » Su Çərşənbəsi
    Su Çərşənbəsi
    21:47
    Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi Çərşənbədir. Dörd çərşənbənin ilki sudan başlayır. Bu gün Su çərşənbəsidir. Niyə məhz su?
    Deyirlər Allahımız hər şeydən qabaq suyu yaradıb. Su həyat mənbəyidir, su müqəddəsdir. Suyu murdarlamaq olmaz.
    Su çərşənbəsində qızlar axşamdan əllərinə, ayaqlarına xına yaxar, tellərini darayar, bəzənib-düzənərdilər. Məxsusi olaraq, qabaqcadan bayram üçün aldıqları təzə paltarlarını geyinər, səhər tezdən bəzəkli dolça, güyüm, sənəklərini çiyinlərinə alıb bulaq başına gedərlər. Qız ürəyi kimi təmiz, büllur kimi saf, hava kimi şəffaf, buz kimi sərin suyun rəmzi olan Su çərşənbəsi axşamı süfrəyə pak, təmiz, müqəddəs su qoymaq lazımdır.
    Qızlar bulaqdan gətirdikləri sudan evin ətrafına, dövrəsinə səpərlər. Böyüklü-kiçikli hamı bu sudan üzünə çiləyər. Tonqalı, lopanı Od çərşənbəsində alışdırsalar da, Su çərşənbəsi də odsuz-ocaqsız olmaz. Çünki Su çərşənbəsi soyuq qışdan sonra od nəfəsli yazın, yayın gəlişindən xəbər verir. Novruzla bağlı xalq oyunlarının, yanıltmacların ayağı Su çərşənbəsindən başlar. Məsələn: "Ay çərşənbə, sən mənimlə çərşənbələşsən də, mən səninlə çərşənbələşəcəyəm, çərşənbələşməsən də".
    Hər kəs öz darvazasının önündə, həyətində xırda tonqallar qalayar, yumurta döyüşdürər.
    Hər çərşənbənin öz xörəyi, öz xonçası var. Su çərşənbəsi xonçasında bulaqdan, quyudan, kəhrizdən piyada gətirilmiş pak, təmiz su mütləq olmalıdır. Dövrəsinə quru meyvə, rəngbərəng şamlar, ləbləbi - kişmiş, çətənəli, küncütlü, fındıqlı-qozlu qovurğa qoyarlar. Yaşlıları da unutmazlar. Onlar üçün qovurğadan qovut çəkər, üstünə bəkməz və ya bal tökərlər. Hər xanım öz zövqünə görə xörək bişirər: südlüplov, qaysavaplov, *****ı, lobyaçilov...
    İlk çərşənbədən başlayaraq, axşam çağı heç kəsə ələk, maya, od verməzlər. Vacib olsa, diləyə gələnin başından kəlağayısını, yaylığını götürüb, sonra verərlər.
    Çərşənbələrdə yas yerinə, hüzürə, qəm evinə, qəbr üstünə getməzlər.
    Su çərşənbəsi
    Boz ayın dörd müqəddəs çərşənbəsindən ilki olan su çərşənbəsi xalq arasında həm də "əzəl çərşənbə", "əvvəl çərşənbə", "gözəl çərşənbə", "gül çərşənbə", "sular Novruzu" adları ilə də mə'lumdur.
    Qədim inam və e'tiqadlara görə əzəl çərşənbədə (su çərşənbəsi) yeni ilin gəlməsi ilə birlikdə təbiətin dörd ünsüründən biri olan su da yenilənir. Buna görə də bu çərşənbə su ilə, suyun təzələnməsi ilə əlaqəlidir. Qədimi e'tiqadlara görə, su çərşənbəsi suya sitayişlə başlar. İnsalar günəş doğmadan su başına gedərlər, təzə suda əl-üzlərini yuyarlar, bir-birlərinin üstlərinə su atarlar, suyun üstündən atlanarlar, yaralıların yarasına çərşənbə suyu səpərlər. Təzə su, daha doğrusu, əzəl çərşənbənin sabah erkəndən köpüklənən su hər dərdin dəvası hesab edilər (çox güman ki, "Koroğlu dastanında" təsvir edilən Koroğlunun içdiyi "köpüklənən Qoşa Bulaq suyu" da bu e'tiqaddan bəhrələnmişdir). Su sağlamlığın təməl şərti hesab edilər, təzə su üstündən keçənlər, azar-bezarını ona verənlər il boyu xəstəliklərdən uzaq olarlar. O gün suyun bayında bir sıra mərasimlər icra edilər, səsi batıb danışa bilməyənlərə çərşənbə suyu içirilər. Su sahilində, bulaq başında suya xitab edən, onun gücünü tərənnüm edən nəğmələr oxunar.
    İnam və e'tiqadda su
    Süfrəyə su tökülməsi xeyirə yozular.
    Su içən adama toxunmazlar.
    Su dolu qabla önünə çıxsalar, işin yaxşı gedər.
    Su kiçiyin, yol böyüyün.
    Su içəni danışdırmazlar.
    Səssiz axan sudan keçməzlər.
    Rö'yada su görmək aydınlıqdır.
    Su ilə qurdun ağzı bağlı olar.
    Yola çıxanın arxasından su atarlar.
    Axşam çağı (şər vaxtı) torpağa qaynar su tökməzlər.
    Su qaynağına, insan keçmişinə bağlıdır.
    Su axarında salınan el-oba barlı-bəhərli olar.
    Su olan yerdə canlılıq olar.
    Suda boğulan ağlayaraq deyil, çabalayaraq xilas olar.
    Su axdığı yerdən bir də axar.
    Su bulanmayanca, durulmaz.
    Su ehsandır.
    Su falı
    Su çərşənbəsində sabah erkəndən gedib axar sudan, bulaqdan, çaydan və ya arxdan "lal su" (dilsiz su) gətirərlər (yə'ni suyu evə gətirənə qədər heç kimlə danışılmaz). Bu suyu qablara qoyarlar, axşam qızlar toplanarlar, hər biri öz baxtı üçün üzüyünü saçına sürtüb suya atar. Üzük qabın kənarına toxunub cingildəyər. İnam və e'tiqadlara görə, üzük neçə dəfə cingildərsə, o qızın da bəxti o sayıda il sonra açılar.
    İki sevgilinin bir-birinə qovuşub-qovuşmayacağını anlamaq üçün iki iynənin dəlikli tərəfinə pambıq sarıyarlar və hər birini qabın bir tərəfindən suya atarlar. İnam və e'tiqada görə, iynələr qabda üzüb bir-birlərinə yaxınlaşarlarsa, sevgililər qovuşacaqdır, əgər ayrı istiqamətə gedər və ya suyun üstündə qalarsa, bu iş baş tutmayacaqdır. İynələr suyun dibinə çökərsə, o halda bu su "lal su" deyildir.
    Категория: xeberler | Просмотров: 994 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024