xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 5 » Həyatınızın əsas məqsədi nədir?
    Həyatınızın əsas məqsədi nədir?
    01:57
    Həyatınızın əsas məqsədi nədir?
    Allaha və Onun, sizin üçün məqsədi olduğuna inanırsınızmı? Bəzi adamlar hətta, cənnət və cəhənnəm kimi ruhani amillərə belə inanmırlar. Bəziləri fikirləşirlər ki, həyat yalnız indi, yaşadıqları vaxt deməkdir və insan öldükdən sonra torpağa qarışır. Bundan sonra nə ruhani həyat, nə də ruhani məqsəd olur. Bəzilərinin məqsədi bu dünyadan yalnız, bacardıqları qədər çoxlu pul, var-dövlət toplamaq və ləzzət almaqdır. Məgər doğrudanmı bizim həyatımızın ilahi və ruhani məqsədlərlə heç bir bağlılığı yoxdur? Əgər bizi həqiqətən də Allah yaratmışsa, deməli, Onun bir məqsədi var və biz, o məqsədi və ya səbəbi bilməliyik.
    Yaradılışın məqsədinin sübutuTanrı bütün varlıqları tam müdrikliklə, mükəmməl yaratmışdır və bu öz sübutunu artıq tapıb. Şübhəsiz, Allahın yeri və onun üzərində olan hər şeyi yaratmaqda bir məqsədi olmuşdur. Eyni ilə siz də, mükəmməl bir planla yaradılmışsınız. Allahın sizin həyatınız ilə bağlı planını dərk edirsinizmi? Onun üzərində olan hər şeyi yaratmaqda məqsədinin nə olduğunu dərk edirsinizmi? Heç düşünmüsünüzmü Allah nə üçün təbiəti: günəşi, ayı, ağacları, otları, quşları, heyvanları və s. yaratdı? Bunların hamısı dünya üzərində olan insanlar və əlbəttə ki, sizin üçündür.
    Allahın sizin həyatınız üçün təyin etdiyi məqsədi aydınlaşdırsanız, ömrünüz boyu həqiqətə doğru can atsanız, siz bunun əsil mahiyyətini və Allahın məmnunluğunu əldə edəcəksiniz.
    Allahın bizim hayatımız üçün olan plan və məqsədini öyrənmək yolunda qarşılaşdığımız maneə.
    Siz ilk növbədə günahın nə olduğunu, onun Allahın sizin həyatınız üçün olan məqsədinə necə təsir etdiyini dərk etməlisiniz. Əksər insanlar günahı, yalnız pis əməllər, məsələn, adam öldürmək, oğurluq, zina, sərxoşluq və s. kimi başa düşürlər. Lakin Allahın günaha münasibətinin necə olduğunu biləriksə, günahın əsil mahiyyətini anlayarıq. Bunun üçün biz Allahın Kəlamına birlikdə müraciət edib, onun günah barədə dediklərinə nəzər yetirək. Başlanğıc üçün, biz Tövrata müraciət edək. Tövrata, Allahın idarəçiliyi ilə Musa peyğəmbər tərəfindən yazılmış 5 kitab daxildir. Günahın dünyaya necə daxil olduğunu və insanlar arasında necə yayıldığını Tövratın ilk kitabı olan Yaradılışdan görə bilərik. Allah, Adəm və Həvvaya Eden bağında bitən xüsüsi bir ağacın meyvəsindən yeməməyi əmr etmişdi. Şeytan, ilan cildinə girərək, Həvvanı aldadır və Allahın əmrinə məhəl qoymadan ağacın meyvəsindən dadmağa inandırır. Həvva Allaha itaət etməməyi və ağacın meyvəsindən yeməyi seçir. Sonra o, Adəm ilə də bölüşür və Adəm Allaha itaətsizlik edir. Meyvədən daddıqları andan etibarən utanır və Allahın qəzəbindən qorxmağa başlayırlar. Onlar Allahın Hüzurundan qaçır, gördükləri əmələ görə utandıqlarından gizlənərək, bədənlərini yarpaqlarla örtürlər. Bax beləcə, Adəm və Həvva Allahın qadağan etdiyi ağacın meyvəsindən yeməklə, Onun əmrini pozaraq günah edirlər.
    Yaradılış kitabı 2 fəsil 17 ayədə Allah deyir : "Ancaq xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün sən hökmən öləcəksən".
    Sizcə onlar həmin gün cismən öldülərmi? Xeyr, bu tam olaraq bizim fikirləşdiyimiz ölüm deyil. Onlar cismən yaşamağa davam edirdilər və hətta uşaqları da dünyaya gəlmişdi. Lakin cismani ölüm prosesi artıq başlamışdı və zaman ötdükcə onlar cismani olaraq da öldülər. Necəki, bi***ilər, güllər öz kökündən kəsildiyi zaman hələ də gözəl görünür, amma bir qədər sonra həyat mənbəyindən ayrıldığı üçün məhv olurlar. Onlar ağacın meyvəsindən yedikdən sonra daha nə baş verdi? Onlar ruhani olaraq öldülər. Allaha itaətsizlik etməzdən və meyvəni yeməzdən əvvəl Adəm və Həvvanın Allahla ilahi birliyi var idi. Allah onları kamil bədəndə və kamil ruhda yaratdı. Bu cür kamil vəziyyətdə onlar Allahla və bir-biri ilə əbədi olaraq yaxın ünsiyyətdə yaşaya bilərdilər. Allahın məqsədi yaratdıqları adamlarla əbədi olaraq fiziki və ruhani ittifaqda olmaqdır. Bu cür ünsiyyətdə olmaq üçün Allah Adəm və Həvvaya azad iradə vermişdi. Allah onların robot olmasını istəmirdi və buna görə də onların seçim hüququ var idi. Onlar Allahı sevib sevməməyi seçə bilərdilər. Onlar bir-birilərini sevə və ya nifrət edə bilərdilər. Əvvəldə deyildiyi kimi şeytanın (ilanın) hiyləsilə onlar Allahın əmrinə tabe olmamağı qərara aldılar. Allaha və Onun sözünə qarşı günah etdilər və elə o anda ruhani, sonradan isə cismani (cismani ölüm prosesi başladı) olaraq öldülər.
    Dünyanın yaradılışından Allah tərəfindən fiziki qanunlar da yaradılmışdı. Məsələn, cazibə qanunu: əgər siz kitabı bina yüksəkliyindən yerə atsanız, o mütləq surətdə yerə düşəcək. Fiziki qanunlarla birgə, Allah həmçinin ruhani qanunlar da yaratdı. Allahın yaratdığı ilk ruhani qanunlarından biri Yaradılış kitabı 2 fəsil, 17-ci ayədə öz əksini tapır: "...çünki ondan yeyən gün sən hökmən öləcəksən". Günah insanların həyatına daxil olmazdan əvvəl Allah demişdi ki, günahın nəticəsi pis olacaq, yəni ölümlə nəticələnəcək. Bu, yalnız cismani deyil, həm də ruhani ölümdür. Allahdan indiki və gələcək hə-yatda ayrı qalmaq ruhani ölüm adlanır. Adəm və Həvvanın günahlarının digər nəticəsi də o idi ki, onlar əvvəlcədən görmədikləri günahlı təbiətə düçar oldular. Onlar ruhən öldülər, daxili təbiətləri isə günahla tam surətdə korlandı.
    İnsanların Allaha qarşı günah etdikləri zaman düçar olduqları daxili aləmə günahlı təbiət deyilir. Başqa sözlə desək, insanlar Allahla vəhdətdən və Ona itaət etməkdən imtina edib, daxili aləmlərində və öz mənəvi dünyalarında Allahdan ayrılığa və itaətsizliyə doğru üz tutdular. Bu yeni günahlı təbiət daimi idi və insanların cismani ölümü buna sübutdur.
    Görəsən Adəm və Həvva nə qədər günah etdilər ki, cəzaları belə sərt oldu? Allahın sözündən çıxıb, qadağan olunmuş ağacın meyvəsindən yeməklə, Adəm və Həvva, yalnız bir günah etdilər. Siz sual verə bilərsiniz ki, onların etdikləri günahın sizə nə aidiyyatı var! Adəm və Həvvanın övladları Qabil və Habilin həyatına nəzər yetirsək, biz günahın nəsildən-nəslə necə keçdiyinin şahidi olarıq. Allah Habilin verdiyi qurbanı qəbul etdi. Lakin Qabilin qurbanını qəbul etmədiyindən, Qabil qəzəbindən öz qardaşını öldürdü. (Tövrat -Yaradılış kitabı, 4-cü fəsil). Adəm və Həvva, onların övladları günahlı təbiəti sonrakı nəsillərə irsən ötürdülər. Buna görə də siz və bütün insanlar ilkin insanlar olan Adəm və Həvvadan bu günahlı təbiəti irsən qəbul etmisiniz. Bu təbiəti özünüzdə heç hiss etmisinizmi?
    Ola bilər ki, siz nəyi isə etməməlisiniz, düşünməməlisiniz və ya deməməlisiniz, amma buna baxmayaraq, yenə də edirsiz. Siz etmək istəməsəniz də, etdikdən sonra əməlinizə görə çox məyus və peşman olursunuz. Bu bizim hamımızın irsən aldığımız günahlı təbiətdir. Siz bu əməllərinizi sevmirsiz, lakin dəyişə də bilmirsiniz.
    Adəm və Həvvanın nümunəsinə baxanda görürük ki, onlar əslində nə qatil, nə də oğru idilər. Bəs onların günahı nə idi? Allah onlara, yalnız bir ağacın meyvəsindən yeməməyi əmr etmişdi, lakin onlar Ona qulaq asmadılar. Buna görə də Allah onların itaətsizliyini günah saydı. Allah bizə çox əmrlər verib və hər dəfə biz onlara itaət etmədikdə, bu Allaha qarşı ciddi bir günah etmiş oluruq. Günahın hansı cür olması vacib deyil, ancaq hər bir günah Allahın əmrlərinə itaətsizlikdir.
    Onun verdiyi əsas əmrlər hansılardır ?

    P.S Rəylərinizi bildirməyi unutmayın...
    Категория: İslam | Просмотров: 612 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024