xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 6 » Röya da Araşın əleyhinə çıxdı
    Röya da Araşın əleyhinə çıxdı
    20:14
    Röya da Araşın əleyhinə çıxdı
    Röya: "Bəyəm öz bəstəkarlarımız mahnı yaza bilmirlər?"
    ''Eurovision-2009'' mahnı yarışmasında ölkəmizi Araşın mahnısı ilə təmsil etmək fikri ictimaiyyət, o cümlədən sənət adamları arasında birmənalı qaşılanmayıb. Hətta şou-biznensin ən populyar ifaçısı Röya Ayxan da məsələyə münasibət bildirib. Aysel Teymurzadənin xarici görkəmini bəyənən Röya onu yalnız efir vasitəsilə efirdə gördüyünü deyib: ''Aysel çox qəşəngdir, səhnəyə yaraşır. Görən kimi dedim ki, super, qaşı-gözü, hər şey yerindədi. çünki səhnə gözəlliyi sevir''.
    Amma Röya A.Teymurzadənin Araşın mahnısı ilə çıxış etməsinin əleyhinədir: ''Ayselin Araşın mahnısını oxumasına münasibətim çox pisdir. Mənə xəbər verəndə ki, həmin yarışmada Araşın mahnısı oxunacaq, sanki qol-qanadım qırılıb yanıma düşdü. öz-özümə ''niyə?'' deyə soruşdum. O qızın prodüseri İsa Məlikovdur - ''Gəl, danış'', ''Mən elə mənəm'' mahnılarını yazan bəstəkar...''
    Araşın əslən azərbaycanlı olmasına müğənni ''azərbaycanlı bizik'' deyə cavab verib: ''Hər həlda, buna qərar verənlər yaşca da, peşəkarlıq baxımından da məndən böyükdürlər, özləri belə planlaşdırıblar. Amma mən bir Azərbaycan vətəndaşı kimi bilirəm ki, çox gözəl bəstəkarlarımız var. Məgər onlar yaza bilmirlər? Əgər bu, piar məqsədilə edilirsə, biz artıq Elnur və Samir vasitəsilə bunu eləmişik. Onlar o qədər iştirakçıların içində yüksək nəticə göstərdilər, səkkizinci yeri tutduq. Niyə Aysel Teymurzadə hansısa populyar ulduzumuzla duet oxumasın? Əsas odur ki, ''Eurovision-2009'' yarışmasına qatılan iştirakçımız sağ-salamat getsin. Bütün xalqımız üçün ən önəmlisi bizim orada səkkizdən bir pillə də qabaq düşməyimizdir''.
    Xatırladaq ki, ''Eurovision-2009'' müsabiqəsi Moskvanın ən iri tamaşaçı tutumuna malik olan arenalarından ''Olimpiyskiy'' idman sarayında baş tutacaq. 
      
    Категория: Şou-Biznes | Просмотров: 996 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024