xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 19 » Nargin adası
    Nargin adası
    21:36

    Ölkə mediasında Xəzərdəki keçmiş Nargin, indiki Böyük Zirə adasında Azərbaycanda analoqu olmayan layihənin gerçəkləşdiriləcəyi haqda məlumatlar gedir. Layihənin baş planının dizaynını hazırlayan «Bjarke İngels Group» şirkətinin saytına istinadla yayılan məlumatlarda deyilir ki, adada qurulacaq şəhərciyin 1 kvadratkilometr sahəni əhatə etməsi, burda ancaq Günəş, külək və su enerjisindən istifadə olunması nəzərdə tutulur. 

    Layihə «Zira Carbon Neutral İsland» adlanır. Xəbərlərə görə, dəyəri 6 milyard dollar olan layihə Azərbaycanın 7 əsas dağ zirvəsinin geometrik silueti, dağlıq ekosistemi və təbii landşaftı formasında qurulacaq. Zirvənin hər birində dağ silsiləsinə bənzər «üzvi binalarda» yaşayış və ictimai obyektlər, qolf meydançaları və 300 villa yerləşəcək. Layihənin sifarişçisinin «Aurosity Holding», icraçısının Danimarkanın «BİG Architects» şirkəti olduğu deyilir. Həmçinin qeyd edilir ki, fevralda Almaniyanın Kann şəhərində layihənin təqdimatı olacaq.

    Hələlik nəhəng layihə ilə bağlı məlumatlar yalnız bundan ibarətdir. «Azadlıq» radiosu layihə barədə əlavə məlumat əldə etmək istəyəndə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən deyiblər ki, Xəzərdə «Zirə» adında ada yoxdur, belə bir layihənin mövcudluğunu da bilmirlər. 

    Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də «Azadlıq» radiosuna bu layihədən xəbərsiz olduğunu söyləyib. O qeyd edib ki, büdcə vəsaiti hesabına bu tipli layihənin həyata keçirilməsi nəzərdə tutulmur: «Amma biz Nargin adasında turizmin inkişafını nəzərdə tuturuq». 

    Nargin adası Azərbaycanın və Türkiyənin yaxın tarixində yaşanan bir sıra faciəvi olaylara şahidlik edib. Birinci Dünya müharibəsi zamanı Türkiyə cəbhəsində ruslara əsir düşən əsgərlər bu adada saxlanılıblar və işgəncələrə məruz qalıblar. Bəzi məlumatlara görə, həmin dövrdə Nargində 10 min türk əsgəri öldürülüb. 1937-38-ci illərdəki repressiyalar dövründə də Azərbaycanın bir sıra ziyalılarının bu adada qətlə yetirildiyi haqda xəbərlər var. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və dəstəyilə çəkilən sənədli filmdə də 20-ci əsrin əvvəlində Nargində türk əsgərinin yaşadığı faciələr əks etdirilib. Filmdə o dövrə aid həqiqətlər arxiv sənədləri və görüntülərlə müşayiət olunur. «Cəhənnəm adası Nargin» adlanan həmin sənədli filmdə Nargində əsir düşərgələrində qalan və Anadoluya yenidən dönməyi bacaran 11 türk əsgərinin xatirələrindən də istifadə olunub.

    Məhz bunlara görə son illərdə Türkiyədə bir neçə dəfə Nagrin adasında şəhid türk əsgərlərinin şərəfinə abidə ucaldılması təklifi gündəmə gəlib. 

    «Media forum» saytı «Nargində cənnət, yoxsa muzey qurulmalıdır» kimi sualla tarixçi alimlərə müraciət edib.

    Professor Cəmil Həsənli deyib ki, Nargində türk əsgərləri və 37-ci ilin repressiya qurbanları ilə bağlı hansısa abidə və ya muzey olmalıdır. Amma bu, həmin adada başqa böyük layihələrin həyata keçirilməsinə əngəl deyil: «Məhz o hadisələr baş verib deyə adanı istifadəsiz qoymaq olmaz ki... Gəlin açıq danışaq, heç kim bir muzeyə görə Narginə getməyəcək. Amma orda yaradılan turizm kompleksinə gedəcəklər. Bu baxımdan, məncə, Nargin adasında böyük layihələrin həyata keçirilməsi elə həm də adanın tarixinin xatırlanması baxımından önəmlidir».

    Tarix elmləri namizədi Nəsiman Yaqublu deyib ki, Nargində yaşananlar millət olaraq bizim ağrılı yerimizdir və o tarix mütləq qorunmalıdır. N.Yaqublu Nargində həyata keçirilməsi nəzərdə tutulan layihə barədə məlumatı olmadığından bu məsələyə ayrıca münasibət bildirməyib. 

    Professor Musa Qasımlı da Nargin adasının Azərbaycan tarixində və Azərbaycan-Türkiyə dostluq əlaqələrində önəmli yeri olduğunu vurğulayıb: «Birinci Dünya müharibəsi zamanı Narginə gətirilən türk əsgərlərinə Azərbaycan xalqı hər cür yardım edib, hətta türk zabitlərinin qaçmalarını da təşkil edib. Bu baxımdan Nargin adası bizim ağrılı yerimiz olmaqla yanaşı, həm də çox dəyərlidir». 

    «Tarixdən kül yox, od götürmək lazımdır. Narginlə bağlı tarixdən götürəcəyimiz od –Türkiyə ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsidir» deyən M.Qasımlı əlavə edib ki, bu cür yerlərlə bağlı hər hansı qərar qəbul edilərkən ictimai rəy nəzərə alınmalıdır: «Əgər Nargində bir turizm kompleksi yaradılacaqsa, orda bir tarix muzeyi yaradıla və gələn turistlərə bu tarixlə bağlı bilgi verilə bilər. Məncə, bu, daha əhəmiyyətli olar».
    Категория: xeberler | Просмотров: 1268 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024