xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  MART 2009  »
    ПнВтСрЧтПтСбВс
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Главная » 2009 » MART » 19 » Avtomobil və dəmir yolu reyslərinə gediş haqları xeyli artıb
    Avtomobil və dəmir yolu reyslərinə gediş haqları xeyli artıb
    22:35
     
    Novruz bayramı ilə əlaqədar Azərbaycan daxilində bütün avtomobil və dəmir yolu reyslərinə gediş haqları xeyli artırılıb· Fransanın xarici ticarət üzrə dövlət naziri Azərbaycana gəlir· Naxçıvan-Moskva aviareyslərinin sayı azaldılıb· Mobil internet-qurğularının satışı kəskin artacaq· Tiflisdə “Qara dəniz beynəlxalq əlaqə” layihəsinin təqdimatı keçirilib· Azərbaycanın sənaye istehsalında mədənçıxarma sektorunun payı azalırNovruz bayramı ilə əlaqədar Azərbaycan daxilində bütün avtomobil və dəmir yolu reyslərinə gediş haqları xeyli artırılıb.Novruz bayramı ilə əlaqədar Bakıdan rayonlara gedən sərnişinlərin sayının artması Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda, həmçinin Bakı Dəmir Yolu Vağzalında sərnişin sıxlığının yaranmasına səbəb olub.Müşahidələr zamanı məlum olub ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda ölkədaxili marşrutlar üzrə xəttə buraxılmış avtobuslar sərnişinlərin daşınması üçün kifayət etmir. Bu səbəbdən də avtovağzalda sərnişin sıxlığı yaranıb, bəzi rayonlara hərəkət edən kiçik və orta tutumlu avtobuslarda isə gediş haqları süni şəkildə 50-70% bahalaşdırılıb. Məsələn, adi günlərdə Tovuz rayonuna biletin qiyməti 6 manat olduğu halda, bayramla əlaqədar gediş haqqı 10 manata qaldırılıb. Vağzalın kassalarında bilet olmadığına görə, sərnişinlər gediş haqqını avtobusların sürücülərinə və şişirdilmiş məbləğdə ödəmək məcburiyyətində qalıblar.Analoji vəziyyət Bakı Dəmir Yolu Vağzalında da yaranıb. Vağzalın kassaları qarşısında sıxlığın yaranmasına baxmayaraq, sərnişinlərə martın 18-dən 23-dək bütün istiqamətlər üzrə biletlərin tamamilə satıldığı bildirilir. Əlavə vaqonlara biletlər isə vaqonlar qoşulan gün satışa çıxarılacaq.Nəqliyyat nazirinin müavini Musa Pənahov açıqlamasında bayram günləri sərnişin daşınmasında problemlərin yaranmaması üçün müvafiq qurumlara tapşırıqların verildiyini bildirib. Nəqliyyat Nazirliyi dəmir yolu vağzalında və avtovağzalda yaranmış sərnişin sıxlığı barədə də məlumatlıdır. Nazir müavini bunun aradan qaldırılması üçün xəttə yeni avtobusların buraxılacağını, dəmir yolunda isə yerli qatarlara əlavə vaqonların qoşulacağını vurğulayıb.«Əvvəlcədən müəyyən edilmiş gediş haqlarının artırılması qeyri-qanunidir. Bu cür hallara yol verənlər barəsində tədbirlər görüləcək», - deyə M.Pənahov əlavə edib.Nazir müavini bayram günləri həm avtonəqliyyat, həm də dəmir yolu nəqliyyatının gücləndirilmiş rejimdə işləyəcəyini qeyd edib.Fransanın xarici ticarət üzrə dövlət naziri Azərbaycana gəlir.Fransanın xarici ticarət üzrə dövlət naziri xanım Ann-Mari İdrak martın 19-da Azərbaycana gəlir. Fransanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazir Azərbaycan-Fransa hökumətlərarası komissiyasının 5-ci iclasına qatılacaq. Komissiyaya Azərbaycan tərəfdən maliyyə naziri Samir Şərifov, Fransa tərəfdən isə xanım İdrak rəhbərlik edir.Naxçıvan-Moskva aviareyslərinin sayı azaldılıb«Azərbaycan Hava Yolları» QSC (AZAL) Naxçıvan-Moskva-Naxçıvan marşrutu ilə sərnişin aviareyslərinin sayını azaldıb. Naxçıvan Beynəlxalq Hava Limanından verilən məlumata görə, buna səbəb sərnişinlərin sözügedən reyslərdən az istifadə etməsidir.Limandan bildirilib ki, əgər əvvəllər Naxçıvan-Moskva və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - II və V günlər həyata keçirilirdisə, hazırda bu marşrutla aviareys hər həftənin VII günü saat 15:00-da yerinə yetirilir. Naxçıvan-Moskva sərnişin aviareysinə biletin qiyməti 310 manat təşkil edir. Qeyd edək ki, AZAL hazırda həftənin II və V günləri Naxçıvan-İstanbul-Naxçıvan marşrutu ilə də aviareyslər də həyata keçirir.Mobil internet-qurğularının satışı kəskin artacaq «iSuppli» tədqiqat təşkilatanının analitikləri 2007-2012-ci illər ərzində mobil internet-qurğuları (MİQ) satışının 8 dəfə artacağını proqnozlaşdırırlar. Məlumata görə, ekspertlər MİQ kateqoriyasına smartfon, media-pleyer və hətta elektron kitabları oxumaq üçün qurğular aid edilir.Dünya üzrə 2012-ci ilədək iki il öncəki 53,8 mln-a qarşı 416 mln. bu cür qurğu satılacaq, satışın orta illik artım tempi isə 51% təşkil edəcək. Analitiklərin sözlərinə görə, 2008-ci ildə heç də bütün smartfonlar MİQ kateqoriyasına aid olmayıb, bu kateqoriyaya təkcə onların 60%-i aid edilib. Smartfonların hamısı 3G-ni dəstəkləmir və bu səbəbdən də onların az hissəsi WLAN-ı dəstəkləyir. Proqnozlara görə, 2012-ci ilədək mobil internet-qurğularına istisnasız hər bir smartfon aid olacaq və onlar MİQ bazarında üstünlük təşkil edəcək. MİQ sinfinə həm də oyun əlavələrinin 3%-i, portativ naviqatorların 1%-dən az hissəsi və bəzi media-pleyerlər daxildir.Tiflisdə “Qara dəniz beynəlxalq əlaqə” layihəsinin təqdimatı keçirilibTflisdə BSİ (Blask Sea İnterconnection - “Qara dəniz beynəlxalq əlaqə”) layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə də iştirak edib. Orta və Şərqi Avropa üzrə akademik birləşmə şəbəkəsinin baş katibi Yaçek Qayevski bildirib ki, layihənin məqsədi Cənubi Qafqaz regionunun tədqiqat və təhsil şəbəkələri arasında beynəlxalq şəbəkə infrastrukturu qurmaq və bu qurumu Avropa tədqiqat mərkəzinə birləşdirməkdir. 1.861.908 avro dəyərində olan layihənin büdcəsinin 1.400.000 avrosu (80%) Avropa Komissiyası tərəfindən, qalan 20%-i isə layihənin iştirakçıları - Azərbaycan, Gürcüstan və Ermənistan tərəfindən ödəniləcək. Layihənin müddəti 24 aydır.Azərbaycanın sənaye istehsalında mədənçıxarma sektorunun payı azalırAzərbaycanın mədənçıxarma sənayesində son bir ildə istehsal həcminin 46,1% səviyyəsində enməsi qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.Komitənin hesablamalarına əsasən, 2009-cu ilin yanvar-fevral aylarında həcmi 2 670,7 mln. manat təşkil edən ölkə sənayesinin məhsul və xidmət istehsalında 61,1% məhz mədənçıxarma sektorunun payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mədənçıxarma sahəsinin xüsusi çəkisi təxminən 14 faiz bəndi enib, bu sahələrdə istehsal həcmi isə son bir ildə mütləq ifadədə 1 396,03 mln. manat azalıb. İstehsal həcmlərinin mədənçıxarma sənayesində 1,85 dəfə azalması neft sektorunda müşahidə olunan qiymətlərin enməsi ilə bağlıdır. Xatırladaq ki, son bir ildə məhsul istehsalçıları qiymətlərinin ən böyük azalması məhz sənayenin mədənçıxarma sahəsində qeydə alınıb – 56,6%. Maraqlıdır ki, ümumilikdə ölkə üzrə sabit qiymətlərlə DSK tərəfindən hesablanan mədənçıxarma sənayesində istehsal həcmlərinin mənfi dinamikası yalnız 2,6% səviyyəsində göstərilir. Əlavə edək ki, 2008-ci ilin yanvar-fevral aylarında neft sektorunda 12,4%-ik artım qeydə alınıb, istehsalın artımı neftin hasilatında 12,1%, qazın hasilatında isə 2 dəfə olub.
    Категория: xeberler | Просмотров: 755 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Архив записей
    Наш опрос
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024