Burada qeyd edəcəyimiz şəxslərə ailə həyatı qurmaq, evlənmək təklif edilə bilməz:
a) Nəsil yaxınlığına və südə görə kəbin düşməyən qohumlara, b) Evli qadına. c) İddət gözləyən qadına. d) Əri öldüyü üçün iddət gözləyən dul qadına. e) Başqasının istədiyi qadına.
Burada 4 məsələ var: 1.Qadın
təklifə müsbət cavab verib, «hə» verilib, nişan olmuşdur. Bundan sonra
başqa bir adamın eyni qıza və ya qadına evlilik təklif etməsi
qadağandır. Bununla bağlı Hz.Peyğəmbər belə buyurmuşdur: «Heç kim din
qardaşının təklif etdiyinə və nişanlandığına evlilik təklifi etməsin»
2.Təklif qadın tərəfindən rədd edilibsə, ikinci dəfə onu istəmək olar.
3. Təklifə müsbət və ya mənfi bir cavab verilməmişdir, şübhə var. Belə
olan təqdirdə ikinci dəfə istəmək də olar, istəməmək də. 4. İlk təklifi
edən şəxs ikinciyə icazə vermişdir. Belə olan təqdirdə ikinci təklif
etmək sərbəstdir.
Yuxarıda sadalanan ilk beş maddəlik (a, b, c,
d, e) nişan maneələrindən ilk dördündə evlilik təklifi qadağan olduğu
üçün qurulacaq ailə həyatı da batildir. (e) bəndində qeyd edilən maneə
isə başqasının nişanlısını istəmək və almaq dini baxımdan günah olduğu
halda, bu tərzdə qurulan ailə batil deyil.