8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir: Baku Clan(Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete. Baku
Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar:
Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan
“Baku Clan” tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də
qoşulur. Birgə ilk iş - “Sənsiz (Love Story)” tracki yazılır. Yazılış
prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının
axırlarında Qaraqan və Felon De Jure “Məni qaytar” adli track yazır və
bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin
əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır
və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. “H.O.S.T
Alliance” adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk
track olan “Həyatım əllərimdə” tracki hazır olur. 29 iyun 2007-ci il
tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə
yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük
rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom “Proloq” adlanır və
17 kompozisiyadan ibarət olur:
1.İntro 2.H.O.S.T (Qaraqan, Felon De Jure, ErranT, Jamal_Ali, PRoMete) 3.Məni Qaytar (Qaraqan, Felon De Jure) 4.Həyatım əllərimdə (Qaraqan, Jamal_Ali, ErranT, PRoMete ) 5.How we rapin’ (Felon De Jure, ErranT, Qaraqan) 6.İstəmirəm (Qaraqan, PRoMete, Jamal_Ali) 7.Xronika (Qaraqan, ErranT, Felon De Jure) 8.Yenə tək (Qaraqan, ErranT) 9. Bakı (Felon De Jure)(Skit) 10.Gəl gedək (Feck, AiD)(vokal Ayka) 11. Propoganda (Qaraqan, Felon De Jure, ErranT) 12.Ölmüş Ümidlər (Qaraqan, Dərviş, AiD) 13.Yorğun (Qaraqan, PRoMete, AiD) 14.Mənim Qaranlığım (Qaraqan) 15.Proza (Qaraqan) 16.Neçə (AiD, Jamal_Ali, Qaraqan) 17.Outro
İlin
sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert “Yuğ”
teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq
ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan
Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq
tam hazır olur və ilk əvvəl albom “HOSTdan HOSTçuya eksklüziv” adıyla
xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq
kütləvi satışa buraxılır və bu albom da “Proloq” kimi çox uğurla
qarşılanır. Albom “Qarada Qırmızı” adlanır və 18 kompozisiyadan ibarət
olur:
1. Prelüd (Qaraqan) 2. Esmeralda (Qaraqan) 3. Mənim Mübarizəm (Qaraqan) 4. Mən Dəyişəcəm (PRoMete) 5. Buza Dönəcəm (Qaraqan, PRoMete) 6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete) 7. Düşüncə (Qaraqan, AiD, PRoMete) 8. Azərbaycan (AiD, Qaraqan, PRoMete) 9. Əlvida (PRoMete, ErranT, Qaraqan) 10. Etiraf Otağı (Qaraqan) 11. Nağıl (AiD, Qaraqan) 12. Maraqsız Mahnı (Qaraqan) 13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD) 14. Sidrətül Müntəha (Qaraqan) 15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka) 16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan) 17. Azad HOSTçular (Qaraqan, AiD) 18. Bezmişəm (Qaraqan, AiD)
Bu
ərəfədə alyansın üzvlərindən olan Qaraqan “A” adlı kitabı yazıb
tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək,
gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu
başa salmaq və ən əsas da “HOST ideologiyası”-nın yaranması olur. HOST
ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil
olunub. Kitab “Azərbaycan Yazıçılar Birliyi”-nin katibi Rəşad Məcidin
ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla
oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.
HOST
mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq
bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda,
TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa
məxsusdur.
H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş
hərflərindən təşgil olunmuşdur.Alliance sözü isə hər hansı klan,qrup və
üzvün birləşməsindən yaranan ən böyük birləşmədi.H.O.S.T Alyansın
tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.
H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi... O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur... S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq... T - Qılınc,mübarizə
Hava - Romantizm, Od - Aqressiya, Su - Lirika, Torpaq - Realizm.
HOST sözünün digər mənaları:
HOST - Sahib (ingilis) HOST - Allah ordusu,ilahi qüvvə (omonim) HOST - Lider,aparıcı,showman (U.S.A) HOST - Xəstəlik,virus (tibb) HOST - Zülmət HOST – Qalaktika