xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  OKTYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Главная » 2008 » OKTYABR » 30 » Müslüm Maqomayev vəfat edib
    Müslüm Maqomayev vəfat edib
    19:44
    Tanınmış ifaçı Müslüm Maqomayev vəfat edib
     
     
    Məşhur ifaçı oktyabrın 24-dən 25-ə keçən gecə, 67 yaşında ürək tutmasından dünyasını dəyişib

    Məşhur ifaçı, SSRİ xalq artisti Müslüm Maqomayev oktyabrın 24-dən 25-ə keçən gecə, Moskvadakı evində 67 yaşında ürək tutmasından vəfat edib. Həyat yoldaşının vəziyyətinin pisləşdiyini görən Tamara Sinyavskaya təcili yardım xidmətini çağırsa da, məşhur ifaçının həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, Müslüm Məhəmməd oğlu Maqomayev adını aldığı məşhur Azərbaycan bəstəkarı Əbdülmüslüm Məhəmməd oğlu Maqomayevin nəvəsidir. M. Maqomayev 17 avqust 1942-ci ildə Bakıda anadan olub. Gənc yaşlarından güclü baritonuyla məşhur olan M. Maqomayev, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib.
    M. Maqomayevə geniş şöhrət qazandıran onun opera səhnəsində ifa etdiyi C.Rossininin “Sevilya Bərbəri” operasında Fiqaro partiyası olub. Onun gözəl və yumşaq tembrli gur səsi, ifasının təsirliyi, ruh yüksəkliyi və ifadəliliyi seyirçilər arasında ona əvvəlcə opera səhnəsində, daha sonralar isə estrada da şöhrət qazandırıb. M. Maqomayev, 1969-cu ildə Sopotta və Kannda keçirilən beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edərək, ordan 1-ci mükafatla və qızıl valla ayrılıb.

    İllər boyunca dinləyicilərin sevgisini qorumağı bacaran Müslüm Maqomayev Azərbaycan SSR əməkdar artisti (1964), «Qırmızı Əmək Bayrağı» Ordeni (1971), Azərbaycan SSR xalq artisti (1971), SSRİ xalq artisti (1973), «Xalqlar Dostluğu» Ordeni (1980), «Şöhrət» Ordeni (1997), «İstiqlal» Ordeni (2002) kimi mükafatlara layiq görülüb.


    Müslüm Maqomayev gələn həftə Moskvada dəfn ediləcək
    Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dəfn mərasimində iştirak edəcək

    Müslüm Maqomayev gələn həftə Moskvada dəfn ediləcək. Bu barədə ANS PRESS-ə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva məlumat verib. Onun sözləreinə görə, hazırda dəfn mərasimə hazırlıq gedir. Hələ ki, məşhur ifaçının harada dəfn olacağı dəqiqləşdirir. "Çox böyük ehtimal ki, M. Maqomayev oktyabrın 29-u torpağa tapşırılacaq".

    Dəfn mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edəcək.

    Xatırladaq ki, M. Maqomayev bu gecə 67 yaşında ürək tutmasından vəfat edib

    Категория: xeberler | Просмотров: 801 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 1
    05.11.2008
    S?rhin yeri # 1 Mu?llif: Kenan (Walter) [X?b?rin unvan?]

    Allah rehmet elesin Boyuk adam olub
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024