xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  NOYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Главная » 2008 » NOYABR » 1 » Windows XP super məlumatlar
    Windows XP super məlumatlar
    14:43


    Windows XP üçün sürət artıran əməliyyatlar, maraqlı məlumatlar və problemləri həll edən proseslər. Program yükləmək lazım deyil.

    Bu xəbərə kompyuterlə bağlı suallarınızı və kompyuterdə olan problemlərinizi yaza bilərsiniz.


    ****************************************

    Kompyuterin daha sürətli və rahat işləməsi
    C:\Windows\Prefetch qovluğunda olan faylları silin. Bunu ən azı ayda 1 dəfə edin. Ama yenədə nə qədər tez-tez etsəz sizə yaxşıdı.

    Kompyuter açılış sürətinin artırılması
    Kompyuteri açılanda Welcome(privetstve) yazısının daha az vaxt qalması və ya olmaması üçün My computer(moy kompyuter) üzərində mouse-un sağ düyməsini klik edin. Açılan menyuda Svoystva seçin. Daha sonra açılan pəncərədən Dopolnitelno bölümünə gedin və Zaqruzka i vosstanovlenie hissəsində Parametr tıklayın. Yeni pəncərə açılacaq. Buradakı vaxtların qabağından quş işərisini götürün və OKtıklayın. İndi kompyuteri söndürüb yandırın. Dəyişikliyi hiss edəcəksiz.


    Microsoft məlumat sorğusunu bağlamaq
    Siz internetə hər qoşulanda Microsoft kompyuterinizi sorğulamağa başlayır. Windows Update prosesində bütöv olaraq hansı məlumatların göndərildiyini sadəcə Microsoft bilir. Əgər kompyuterinizlə bağlı məlumatlara baxılmasını istəmirsinizsə bu yazdıqlarımı edin.
    START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Window NT\CurrentVersion qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların içərisindən "RegDone" faylı üzərində 2 dəfə tıklayın və dəyərini 1 yazın.

    Ad və şifrə girmədən işçi stolunun açılması
    Əgər kompyuteri açdıqda istifadəçi adı və şifrə pəncərəsinin olmamağını istəyirsinizsə bunları edin. START(pusk)\Run(vıpolnit)\Control userpasswords2 yazın və OK tıklayın. Açılan pəncərədə Trebovat vvod imeni polzovatelya i parolya yazısının qabağına quş işarəsi yazın və OK verin. Bu qədər.

    Gizlənmiş istifadəçi hesabı və ya Adminstrasiya hesabının göstərilməsi
    START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədən HKEY_LOCAL_MACHINE\ Software\ Microsoft\ WindowsNT\ CurrentVersion\ Winlogon\ SpecialAccounts\ UserList tıklayın və sağ tərəfdə açılan faylların yanında mouse-un sağ düyməsini klik edin və açılan menyudan New(sozdat)> DWORD seçin və adını istədiyiniz istifadəçi adını yazın. Dəyərini (znaçenie) görünməyi üçün 1 , gizlənməyi üçün 0 (sıfır) yazın. Əgər Adminstrasiya hesabının görünməyini istəyirsinizsə onda yaratdığınız faylın adını Administrator yazın və dəyərini 1 edin.

    Sistem açılışının sürətlənməsi
    HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Control\Session Manager\Memory Management\PrefetchParameters qovluğuna tıklayın və sağ tərəfdəki EnablePrefetcher faylının dəyərini 6 yazın.

    Disk təmizləyicinin öz-özünə işləməsini dayandırmaq
    XP disk təmizləmə bəzən uyğunsuz bir vaxtda işə düşür və nə qədər vaxt gözləməli oluruq. Bunun qarşısını alaq və disk təmizləmə işini boş vaxtımızda özümüz edək. Qarşısını almaq üçün START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Policies\Explorer qovluğuna 1 dəfə tıklayın və sağ tərəfdə NoLowDiskSpaceChecks faylına daxil olun və dəyərini 1 edin. Əgər həmin fayl yoxdursa onda həmin yerdə boşluqda mouse-un sağ düyməsini klik edin və açılan menyuda New(sozdat)>DWORD formatında bir fayl yaradın və adını LowDiskSpaceChecks dəyərini isə 1 yazın.

    Əlavə disk yaddaşı qazanmaq
    Windows XP istifadə etdiyimiz programların dll (dynamic link libraries) fayllarını müəyyən bir vaxt yaddaşda saxlayır. Bu prosesi bağlayıb biraz yaddaş qazana bilərik.
    START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\ SOFTWARE\ Microsoft\ Windows\ CurrentVersion\ Explorer qovluğuna 1 dəfə tıklayırıq və sağ tərəfdə açılan faylların yanında mouse-un sağ düyməsini klik edin . Açılan menyuda New(sozdat)>DWORD formatında bir fayl yaradın və adını AlwaysUnloadDll dəyərini isə 1 yazın. Kompyuteri söndürüb yandırdıqdan sonra aktiv olacaq.

    MP3 qovluğuna CD albomun şəklini yerləşdirmək
    Musiqiyə qulaq asmağı sevənlər həmdə yeni çıxan albomların şəkilinidə izləyirlər. Albomları isə başqa-başqa qovluğlarda saxlamağı xoşlayırlar. Ama qovluğda təkcə albomun adı yox şəkli də olsa lap yaxşı olar. Bunun üçün istədiyimiz qovluğa istədiyimiz şəkilin adını folder olaraq dəyişib köçürürük. Artıq qovluq görüntüsünü ən böyük edib baxa bilərsiniz.

    Windows XP CD istəməsin
    Bəzən kompyuterdə bir sıra işlər görmək istəyirik. Ama bunlardan bəziləri XP CD-sini istəyir. Əgər Hard diskinizdə əlavə yaddaş varsa (600mb-dan çox), Windows XP CD-sindəki i386 qovluğunu olduğu kimi istədiyiniz qovluğa köçürün (məs: D:\Red_kid\i386). Daha sonra START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHINE\ SOFTWARE\ Microsoft\ Windows NT\ CurrentVersion qovluğu üzərinə 1 dəfə tıklayın. Sağ tərəfdə SourcePath faylını tapın və E:\I386 yazısının yerinə i386 qovluğunu köçürdüyünüz adresi yazın(D:\Togrul Karleona\i386)

    Kompyuter avtomatik bağlanmır?
    Bəzən Windows-u START menyusundan söndürməyimizə baxmayaraq kompyuter bağlanmır. Bu problemi düzəltmək üçün START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_CURRENT_USER\ Control Panel\ Desktop qovluğuna 1 dəfə tıklayın və sağ tərəfdə açılan faylların içərisindən PowerOffActive faylına daxil olun və dəyərini 1 yazın.

    Sistem gücünün artırılması
    Windows XP-də fayl və qovluq üçün 2 ad olur. Birincisi gördüyümüz, ikincisi isə DOS üçün hazırlanmış addır (DOS-la düzgün işləsin deyə). Bu ad işləməsi CPU və hard diski, ümumiyyətlə sistemi boşa məşğul edir. Həmdə MFT istifadəsini aşağı salır. Bunun qarşısını almaq üçün
    START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHlNE\System\ CurrentControlSet\Control\FileSystem qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların içərisindən NtfsDisable8dot3NameCreation faylına daxil olun və dəyərini 1 edin.

    BSOD çıxanda təzədən başlasın(restart)
    Kompyuterinizdə ola biləcək bir sistem pozuntusunda və ya BSOD (BSOD = Blue Screen of Death=məşhur mavi ekran) hadisəsində sistemin təzədən başlamağı üçün
    START(pusk)\RUN(vıpolnit)\regedit yazın. Açılan pəncərədə HKEY_LOCAL_MACHlNE\ System\ CurrentControlSet\ Control\ CrashControl qovluğuna tıklayın və sağ tərəfdə açılan faylların içərisindən AutoReboot faylına daxil olun və dəyərini 1 yazın.


    P.S Bu əməliyyatları özüm etdim və heç bir ziyanını görmədim. Bunlar tamamilə düzgündür. Həmçinin bunlar minlərlə istifadəçi tərəfindən yoxlanılıb və heç bir ziyanı görülməyib.

    Категория: Hacker | Просмотров: 812 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 3
    11.05.2012
    S?rhin yeri # 3 Mu?llif: elnur1989 () [X?b?rin unvan?]

    hi
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024