xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  NOYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Главная » 2008 » NOYABR » 2 » Əfsanəvi futbolçu yaşıl meydanlara qayıtdı
    Əfsanəvi futbolçu yaşıl meydanlara qayıtdı
    13:24
     
    Futbolçu karyerası kimi qalmaqalları ilə də ad çıxaran Maradonanın həyatının əsas məqamlarını təqdim edir.

    Dieqo Armando Maradona 1960-cı ildə Argentinanın Villa Fiorito şəhərində anadan olub. Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar Los Kebollitas komandasının baş məşqçisi olmuş Fransis Korneho ilə tanış olmasından sonra başlanıb.

    Los Kobollitas onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə Argentinos Xuniors klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

    O, 1982-ci ildə o dövr üçün rekord məbləğə - 12 milyon dollara İspaniya Barselonasına transfer olub. İki il sonra İtaliya Napolisinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

    1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın ¼ finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu tanrının əli vasitəsilə qapıdan keçirdiyini bildirib.

    1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya Sevilyasına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

    Cəzalı olduğu müddətdə o, vətənində Deportivo Mandiyu və Rasinq klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, Boka Huniorsa qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

    Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. O, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

    Pele isə Maradonanın Argentina millisinə baş məşqçi təyin olunmasını belə şərh edib: Güclü və əfsanəvi futbolçular baş məşqçilikdə bir o qədər zəifdirlər.
     
     
    Категория: idman | Просмотров: 761 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 1
    05.11.2008
    S?rhin yeri # 1 Mu?llif: Kenan (Walter) [X?b?rin unvan?]

    biggrin
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024