xos gorduk
Меню сайта
    Форма входа
    Категории раздела
    Programlar [93]
    sevgi [12]
    musiqi [69]
    video [16]
    idman [20]
    Şou-Biznes [14]
    Mobil [51]
    İslam [9]
    Hekayələr [0]
    Web Master [6]
    Hacker [17]
    Letifeler [8]
    Avto [23]
    xeberler [59]
    Dəb [2]
    Поиск
    Календарь
    «  NOYABR 2008  »
    ПнВтСрЧтПтСбВс
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Главная » 2008 » NOYABR » 2 » Letifeler
    Letifeler
    19:02
    Letifeler
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
     
    1. Uşaq bağçasında müəllimə uşaqlara deyir:
    -Uşaqlar, müəllimə gedir. Nə demək lazımdır?
    Uşaqlar xorla:
    - Allaha şükür.


    2. Bir kişi gelir kinoteatrın kassasına ve soruşur:
    - Filmə bilet neçeyedi?
    - 2 manata
    - Noooolar 1 manat verim meni buraxın da söz verirem ki, 1 gözlə baxacam.

    3. Kirayəşin evin yiyəsine deyir:
    - Siz evin pulunu bir az aşağı deyə bilərsiniz?
    - Nə danışırsız bu cür gözəl mənzərəyə o qədər aşağı pul?
    - Yaxşı söz verirem ki, pencereden baxmayacam.

    4. Bir kişi balaca oğlunun bu il də sinifdə qaldığını öyrənir. Evə gəlib oğluna deyir:
    - Hə artıq mən hər şeyi bilirəm.
    Oğlu deyir:
    - Bu saat yoxlayarıq. De görüm Nil çayının uzunluğu ne qederdir?

    5. Ana oğlundan soruşur:
    - Niyə hər gün dərsdən evə gec gəlirsən?
    - Hamısı liftə görədi.
    - Niyə lift işləmir?
    - İşliyir, amma ora yazılıb ki, "Ancaq 4 nəfər üçün". Buna görə də hər dəfə 3 nəfəri gözləməli oluram.

    6. Bir gün Bir Azerbaycanlı, Rus ve ermeni olur. Padşah onları yanına çağırıb deyir ki, kim (Qış fəsli olur) Gölün üzündəki buz örtüyünü qırıb Suyun içində bir gün qalsa ona qızımı verecem. Rus gedir suyun içinə girib 5 dəqiqədən sonra çıxır. ermeni girib 5 dəqiqəyə çıxır. Azərbaycanlı girib səhərə qədər qalır. Səhər gəlir padşahı yanına. Şah soruşur nece qaldin buzun içində? Azərbaycanlı deyir mən çıxmaq istədim e. Amma şalvarım ilişmişdi buza.

    7. Bir uşaq məktəbdən evə evə gəlir. Anası görür ki, papağı ciriq-ciriq olub. Soruşur ki, sənin papağına nə olub belə?
    Oğlan deyir:
    - Uşaqlar papağımnan futbol oynayıblar.
    Nə? Bəs onlar futbol oynayanda sən hardaydın?
    - Qapıçı durmuşdum.

    8. Dəlixanaya yoxlama gəlir ki, görsün kim ağıllanıb. Divara bir maşın şəkili çəkib deyirlər ki, bu maşına minin. Bütün dəlilər yığılır maşının yanına ki, minsinlər. Görürlər ki, bir dəli qıraqdan durub baxır. Elə bilirlər ağıllanıb. Soruşurlar ki, niyə minmirsən? Dəli gülə-gülə Deyir ki, açarı məndədi.

    9. Bir çobanın 2 qoyunu olur biri ağ biri qara. Istiyir ki, bunları kəssin. Amma fikirləşir ki, ağ qoyunu kəssəm qara inciyəcək, qarani kəssəm ağ inciyəcək. Gedir ağsaqqal atasından məsləhət almağa. Deyir ay ata mənim 2 qoyunum var biri ağ biri qara. Ağ qoyunu kəssəm qara inciyək, qaranı kəssəm ağ. Neyniyim? Atası deyir ki, bu çox çətin sualdı. Bu qabaqdakı dağı görürsən? Bu dağın dalında mənnən də qoca bir kişi var ondan soruş o deyər. Çoban yola çıxır 3 gün ac-susuz yol gedib çıxır atası dediyi yerə. Ağsaqqaldan yenə də həmin sözü soruşur. Ağsaqqal deyir bu çətin sualdı mən bilmərəm. O dağı görürsən? Burdan ora 1 həftəlik yoldu. Get orda mənnən də yaşlı ağsaqqal var. Ondan soruş o bilər. Çoban 1 həftə ac-susuz yol gedib çıxır həmin dağa. Görür kişi dediyi ağsaqqal burdadı. Gelir onun yanına soruşur:
    - Mənim 2 qoyunum var biri ağ biri qara. Qaranı kəssəm ağ inciyəcək ağı kəssəm qara inciyəcək. Hansini kəsim?
    Ağsaqqal kişi deyir Qaranı kəs.
    Çoban:
    - Axı ağ qoyun inciyəcək.
    -İnciyir incisin də, qoyundu da.

    10. fəhlələr 100 mərtəbəli bina tikirlər. Gedirlər evlərinə. Səhər gəlirlər ki, davamını tiksinlər. 50-ci mərtəbəyə qədər çıxırlar. Birdən bir pəltək fəhlə deyir: A-a-aaşağı dddüşün. c-c-c-c-c-c-c-ccccc.cccc....cc
    Aşağı düşüb soruşurlar nolub? Deyir:
    - cəkic qalıb.
    cəkici götürüb qalxırlar. 90-ci mərtəbəyə qalxanda həmin fəhlə deyir: A-a-aaaşağı dddüşün. M-m-m......mmmmm.mmm...
    Düşüb aşağı soruşurlar ki, nolub?
    Deyir:
    -mmm mismar qalıb. Mismari götürüb qalxırlar. 100-cü mərtəbəyə qalxanda pəltək fəhlə yenə deyir:
    - ddd-d-dd....dddüşün aşağı zzzz--zzz-z-z-z.....zzzz-zz
    Aşağı düşüb soruşurlar ki, nolub?
    Deyir:
    -Zarafat eliyirdim.


    11. Bir oglan öz dostuna deyir:
    -Yeni bir futbol komandası yaranıb. Çox güclü bir komandadı. Hücumçuları Brazilyalılardan təşkil olunub. Yarım-müdafiəçilər Nigeryalılardan təşkil olunub-Keçilməzdirlər. Müdafiəçiləri Argentinalılardan təşkil olunub-Çox güclüdurlər. Qapıçı isə azərbaycanlıdır. Qol olsa da olmasa da deyir qol deyil
    Категория: Letifeler | Просмотров: 1357 | Добавил: DJ_DARK | Рейтинг: 0.0/0 |
    Всего комментариев: 2
    05.11.2008
    S?rhin yeri # 2 Mu?llif: Kenan (Walter) [X?b?rin unvan?]

    he duZdu
    Saytımızın yeni dizaynı necedi ?
    Cəmi: 468cavab
    Мини-чат
    200
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Onlayn 1
    Qonaq 1
    İstifadəçi 0
    Copyright MyCorp © 2024